Azərbaycan Prezidenti İlham Əliyev Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının icraçı direktoru Məhəmməd Əl Şaybanini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının icraçı direktoru Məhəmməd Əl Şaybanini qəbul etmişdir.

Məhəmməd Əl Şaybani Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını dedi.

Dövlət başçısı Dubayda keçirdiyi görüşləri məmnunluqla xatırladı. Azərbaycan ilə Dubay Əmirliyi arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi.

Dövlət başçısı Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dubay Əmirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 2.