Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 294; 2006, ¹ 12, maddə 1047; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 89; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddələr 492, 495) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 6.3-1-ci yarımbənd əlavə edilsin:

"6.3-1. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi;";

1.2. aşağıdakı məzmunda 7.14-1-ci yarımbənd əlavə edilsin:

"7.14-1. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirir;".

2. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir ay müddətində:

2.1. aparatında ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratsın;

2.2. üç regional bölmənin yaradılması barədə təklifini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının on beş gün müddətində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi və bu fərmanın 2-ci hissəsinə uyğun olaraq yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əsaslandırılmış təklifi əsasında bir ay müddətində Komissiyaya ayrılmasını təmin etsin;

4.2. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 2.