Azərbaycan Avropa strukturları ilə səmərəli əməkdaşlıq
edir
Azərbaycanın Avropaya inteqrasiyası sahəsində böyük layihələri mövcuddur.
AzərTAc xəbər verir ki, bu sözləri aprelin 19-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Ə.Əhmədov vurğulamışdır ki, Azərbaycan Avropa strukturları ilə səmərəli əməkdaşlıq edir. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində bu əməkdaşlıq daha da möhkəmlənir. Ancaq Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrimizin daha da gücləndirilməsinə ehtiyac vardır.
Assosiativ saziş üzrə Azərbaycan-Avropa İttifaqı danışıqlarına dair qətnaməyə münasibət bildirən Ə.Əhmədov demişdir ki, bu sənədin qəbul edilməsi ilə Azərbaycan tarixi irəliləyişə nail olmuşdur.
Bu qətnamənin qəbul olunması Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının daha da genişləndirilməsinə təkan verəcəkdir.
Qətnamənin qəbul
olunmasını Avropa
İttifaqının Qafqaz siyasətinin
genişlənməsi üçün əlamətdar
hadisə kimi qiymətləndirən Ə.Əhmədov
vurğulamışdır ki, son illər Azərbaycan özünün
Avropa ölkələrinin etibarlı tərəfdaşı
olduğunu sübut etmişdir. Bu da belə bir sənədin
imzalanmasına səbəb olmuşdur.
Azərbaycan.- 2012.- 20 aprel.- S. 5.