Avropa Parlamenti Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarında apardığı məskunlaşma siyasətini araşdırmağa çağırmışdır

 

Avropa Parlamentinin deputatları Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində apardığı məskunlaşma siyasətini araşdırmağa çağırmışlar.

AzərTAc xəbər verir ki, bu çağırış Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Ermənistan ilə Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunmuş qətnamədə əksini tapmışdır.

Qətnamədə, həmçinin Avropalı deputatlar Ermənistanı öz vətəndaşlarını müddətli həqiqi hərbi xidmət keçmək üçün Dağlıq Qarabağa və Azərbaycanın işğal olunmuş digər ərazilərinə göndərməməyə çağırmışlar.

 

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 5.