Türkiyə kənd təsərrüfatının inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

 

 Azərbaycan Türkiyənin geniş texnoloji imkanlarından istifadə etməklə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində böyük inkişafa nail ola bilər.

Bu sözləri Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Vedat Mirmahmutoğulları jurnalistlərə açıqlamasında demişdir.

Nazir müavini bildirmişdir ki, Türkiyədən Azərbaycana daha çox meyvə və tərəvəz ixrac olunur. Azərbaycan kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək potensialına malikdir. Türkiyənin və Azərbaycanın torpaq-iqlim şəraiti bir-birinə bənzəyir. Potensiallarımızı birləşdirsək daha böyük uğurlara nail ola bilərik. Biz bu sahədə təcrübəmizi qardaş ölkə ilə bölüşməyə hazırıq.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 5.