“ECO CHRONICLE” jurnalı Azərbaycanın iqtisadi
inkişafından bəhs edən məqalələr dərc etmişdir
İqtisadi Əməkdaşlıq Təşkilatının "ECO CHRONICLE" jurnalı Azərbaycanın iqtisadi inkişafından bəhs edən məqalələr dərc etmişdir.
Məqalələrdə Azərbaycanın karbohidrogen ehtiyatlarının səmərəli sərfinin regionun inkişafına təsir imkanları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əldə etdiyi nailiyyətlər, SOCAR və Türkiyənin BOTAŞ şirkəti arasındakı əlaqələrin perspektivləri, ölkəmizin beynəlxalq iqtisadi layihələrin gerçəkləşməsindəki əhəmiyyətli rolu, beynəlxalq iqtisadi təşkilatlarla bərabərhüquqlu əməkdaşlığın müsbət nəticələri və s. məsələlər barədə ingilisdilli oxuculara ətraflı məlumat verilmişdir.
Çoxsaylı faktlar, tutarlı iqtisadi rəqəmlər və məntiqi mülahizələrlə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti region dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasını və sürətlə genişlənməsini təmin etmişdir. Bu əlaqələr və həyata keçirilən səmərəli siyasət regional iqtisadi inkişafın yeni formulunu reallığa çevirmişdir.
Sabir ŞAHTAXTI
Azərbaycan.- 2012.- 20 aprel.- S. 6.