Yeni elektron gömrük xidməti istifadəyə verilmişdir

 

Dövlət Gömrük Komitəsi (DGK) "Sərnişin bəyannaməsi" elektron xidmətini istifadəyə vermişdir.

Bundan sonra fiziki şəxslər DGK-nın internet səhifəsindən (www.customs.gov.az) və ya gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılmış "Gömrük" məlumat köşklərindən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər.

Təqdim olunan xidmət vətəndaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 7.