Dünya Bankının Prezidenti cənab Cim Yen Kimə

 

 Hörmətli cənab Prezident!

 

Dünya Bankının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz ölkəmizin Dünya Bankı ilə əməkdaşlığına böyük əhəmiyyət veririk. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim.

Ümidvaram ki, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sahəsində qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əməkdaşlığımızın daha da dərinləşdirilməsi naminə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bir daha sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

 

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 1.