Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir

 

 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyəti Özbəkistana səfərə gəlmişdir.

Nümayəndə heyətinə Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Hadi Rəcəbli, Eldar İbrahimov, Fəzail İbrahimli, Aydın Abbasov, QMİ-nin elmi-dini şurasının sədri, akademik Vasim Məmmədəliyev, alimlər, din xadimləri və jurnalistlər daxildir.

Səfərin birinci günü nümayəndə heyəti Səmərqənddəki İmam Buxari məscidi, Registan kompleksi, Uluqbəy Rəsədxanası, Şahi Zinda, Gur Əmir, Bibi xanım və digər qədim abidələrə baxmış, İmam Buxari adına Beynəlxalq Mərkəzdə olmuşlar.

Nümayəndə heyətinin Özbəkistana səfəri davam edir. Aprelin 21-də qonaqlar qədim Buxara şəhərinə gedəcəklər.

 

 

 Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 2.