Moldovada Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevə həsr olunmuş markalar buraxılmışdır
Aprelin 20-də Moldovanın "Poşta Moldovei" dövlət müəssisəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş dörd poçt markasından ibarət seriya buraxmışdır.
Azərbaycanın Moldovadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, poçt markaları kiçik vərəqə formasında buraxılmışdır. Hər vərəqədə dörd növdə 24 poçt markası vardır. Hər bir markanın nominalı 1,2 leylik poçt tarifinə bərabərdir.
Poçt markalarının
rəsmi təqdimatının görkəmli siyasi
xadimin ad günü münasibətilə cari ilin mayında
keçirilməsi planlaşdırılır. Təqdimata
Moldova Respublikasının hökumət və
dövlət rəhbərləri, parlamentin
deputatları, Nazirlər Kabinetinin üzvləri,
səfirliklərin və Kişineuda
akkreditə olunmuş beynəlxalq təşkilatların
nümayəndəliklərinin başçıları, alimlər,
mədəniyyət xadimləri, habelə KİV-lərin
nümayəndələri və Moldova
Azərbaycanlıları Konqresinin üzvləri
dəvət olunacaqlar.
Azərbaycan.- 2012.- 21 aprel.- S. 3.