Azərbaycanda özəl biznesə göstərilən dəstək müzakirə olunmuşdur

 

 Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti xanım Lakşmi Venkataçalam Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşmüşdür.

AİB-in Azərbaycandakı nümayəndəliyindən bildirmişlər ki, görüşdə ölkədə özəl sektorun inkişafı ilə bağlı fikir mübadiləsi aparılmış, Asiya İnkişaf Bankının Azərbaycanda özəl biznes və dövlət institutlarına göstərdiyi dəstək müzakirə olunmuşdur.

L.Venkataçalam həm də AİB-in birgə maliyyələşdirdiyi Qaradağ Sement Zavodunda olmuş, tərəfdaş və sənaye müəssisələrinin nümayəndələri ilə görüşərək Azərbaycanda biznes imkanlarını müzakirə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 4.