Azərbaycan nümayəndə heyəti AHT sammitində iştirak etmişdir

 

 Aprelin 17-18-də Braziliyada ABŞ Prezidenti Barak ObamaBraziliya Prezidenti xanım Dilma Roussefin birgə təşəbbüsü ilə 2011-ci ildə təsis olunmuş ümumdünya "Açıq Hökumət Tərəfdaşlığı"nın (AHT) ilk illik sammiti keçirilmişdir.

Tədbirə 60 ölkədən 2000-ə yaxın dövlət, qeyri-hökumət, özəl qurumların rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri qatılmışlar.

Açılış mərasimində Dilma Roussef, Tanzaniya Birləşmiş Respublikasının Prezidenti Jakaya Kikvete, Gürcüstanın Baş naziri Nika Gilauri, ABŞ dövlət katibi Hillari Klintonbir sıra siyasi xadimlər iştirak etmişlər.

Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, AHT sammitinin Cənubi Qafqaz regionu üzrə "Fəaliyyət planı"nın təqdimatı üzrə plenar iclasda iştirak edən Ə.Abbasov ölkəmizin milli fəaliyyət planını forum iştirakçılarının diqqətinə çatdırmışdır.

Sammit çərçivəsində İsrailin dövlət xidmətlərinin tətbiqi naziri Mihael Eytan, Albaniyanın innovasiyainformasiya-kommunikasiya texnologiyaları naziri Gents Pollo, İstehsal Sənayesində Şəffaflıq Təşəbbüsü Katibliyinin rəhbəri Jonas Moberg, Beynəlxalq Şəffaflıq  Təşkilatının İdarə Heyətinin üzvü xanım Elizabet Ungar, ABŞ-ın Karter Mərkəzinin rəhbəri xanım Laura Nyuman, həmçinin Braziliya hökumətinin "Sivil Dövlət Qurumu"nun rəhbəri xanım Vania Vieira ilə  ikitərəfli görüşlər keçirilmişdir. 

Tədbirin ikinci günü nazir Əli Abbasov "İnformasiya şəffaflığı: hökumətin perspektivləri" sessiyasında təşkilatçıların xahişi ilə "Azərbaycanda İKT sahəsində aparılan uğurlu siyasət" mövzusunda çıxış etmişdir. Çıxışda "Elektron hökumət" çərçivəsində dövlət təsisatlarının vahid sistem vasitəsilə idarəsi, həmçinin nəzarət olunması və bu sistemin cəmiyyət üzvləri üçün şəffaf olmasının vacibliyi qeyd edilmişdir. Sessiyada Braziliya, LiberiyaKanada hökumətlərinin nümayəndələri çıxış edərək təcrübələrini bölüşmüşlər.

Sammitin işində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Prezident Administrasiyasının və Milli Məclisin üzvləri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 4.