Türkiyə
Prezidenti Abdullah Gül azərbaycanlı uşaqlara xatirə hədiyyəsi
təqdim etmişdir
Türkiyə Prezidenti Abdullah Gül Milli Suverenlik və Uşaq Bayramı münasibətilə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan gəlmiş uşaqlarla görüşmüşdür.
Bayram şənliklərinin təşkilatçısı
TRT televiziyasının baş direktoru İbrahim Şahin və
uşaqları Çankaya köşkündə qəbul edən
Türkiyənin dövlət başçısı azərbaycanlı
uşaqlara da hədiyyə təqdim etmiş, onlarla xatirə
şəkli çəkdirmişdir.
Uşaqların
Türkiyəyə gəlişindən sevindiyini söyləyən
Abdullah Gül demişdir ki, bu bayram şənlikləri otuz
dörd ildir keçirilir və dünyanın müxtəlif
ölkələrindən uşaqlar türkiyəli
yaşıdları ilə birlikdə şənlənirlər.
Dünya müharibələr və münaqişələrdən
təmizlənməli, indiki uşaqlar da böyüdükdə
bir-birinə dost və qardaş olmalıdırlar.
Azərbaycanlı
uşaqlar da Türkiyə Prezidentinə rəsm əsəri və
başqa hədiyyələr təqdim etmişlər.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 21 aprel.- S. 5.