Azərbaycanın xarici işlər naziri Brüsseldə bir sıra görüşlər keçirmişdir

 

Brüsselə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 19-da Türkiyə, Yeni Zelandiya, Gürcüstan, UkraynaMonteneqrodan olan həmkarları ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirilən görüşdə tərəflər ölkələrimiz arasında artan dinamik əməkdaşlıqdan məmnunluqlarını bildirərək regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etmişlər.

Yeni Zelandiyanın xarici işlər naziri Murray McCully ilə görüşdə isə tərəflər ölkələrimiz arasında münasibətlərin inkişaf  perspektivlərinə dair fikir mübadiləsi aparmışlar. M.McCully azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət etmişdir. Görüşdə həmçinin qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

E.Məmmədyarovun Gürcüstan, UkraynaMonteneqrodan olan həmkarları ilə görüşlərində ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilmişdir

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 6.