Azərbaycan
Varşavada keçirilən “LATO Fair-2012” Beynəlxalq turizm sərgisində uğurla təmsil
olunur
Aprelin 20-də Polşanın paytaxtı Varşavada "LATO Fair-2012" Beynəlxalq turizm sərgisi açılmışdır.
Dünyanın bir çox ölkələrindən tanınmış şirkətlərin iştirak etdikləri sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, həmçinin "The Tour", "Millennium Tourism and Congress DMC ", "Geo Travel" turizm şirkətləri və "Gallery hotel" mehmanxanası ilə təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan qeyd olunan sərgidə ilk dəfə iştirak edir. Bu məqsədlə 24 kvadratmetr sahə icarəyə götürülmüş və Azərbaycan stendi quraşdırılmışdır.
Stend sərgi iştirakçılarına və ziyarətçilərinə paylanması üçün ingilis dilində müxtəlif çeşiddə Azərbaycanın turizm potensialını təbliğ edən reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Açılış mərasimindən sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov ölkəmizin stendini ziyarət etmişdir. Həmçinin Polşa Respublikasının Turizm Palatasının sədri A.Giertler ilə bu ölkədə Azərbaycan turizminin təbliğatı ilə bağlı görüş keçirilmişdir.
Beynəlxalq sərgi aprelin 22-də başa
çatacaqdır.
Azərbaycan.- 2012.- 22 aprel.- S. 1.