Romada “Baku” jurnalının təqdimat mərasimi olmuşdur
Aprelin 20-də İtaliyanın paytaxtı Romada
"Baku" jurnalının təqdimat mərasimi olmuşdur.
Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak etmişlər.
"Baku" jurnalının ingilisdilli versiyası ölkəmizi Avropada daha yaxından tanıtmaq baxımından
mühüm əhəmiyyətə
malikdir. Jurnal avropalı oxucuları qədim Odlar Yurdunun zəngin tarixi, mədəniyyəti,
incəsənəti, gözəl
ənənələri və
mətbəxi ilə məhz ingilis dilində tanış
edir. Bundan başqa, jurnalda
Azərbaycanın müasir
inkişafı və beynəlxalq aləmdəki
nüfuzlu rolu, ölkəmizdə həyata
keçirilən mühüm
layihələr, geniş
turizm imkanları və azərbaycanlıların
müasir həyat tərzi, xalqımızın
gözəl xüsusiyyətləri
də ingilisdilli oxuculara təqdim olunur.
Jurnalın səhifələrində bədii
foto sahəsində tanınmış ustaların
işləri yer almışdır. Bu isə
heç şübhəsiz
ki, dərgiyə olan marağı daha da artırır.
Nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan "Baku" jurnalı
artıq beynəlxalq aləmdə kifayət qədər tanınan və böyük reytinqə malik mətbu orqana çevrilmişdir. Bundan əvvəl Moskvada
və Londonda təqdimat mərasimləri
keçirilən jurnalın
ingilisdilli versiyası
indi Avropada kifayət qədər geniş oxucu auditoriyasına malikdir.
Romada "Baku" jurnalının təqdimat
mərasimini İtaliyanın
tanınmış teleaparıcısı
Massimo Ginni açaraq
Azərbaycanın malik
olduğu mədəni
dəyərlər haqqında
qonaqlara məlumat vermişdir.
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti
barədə danışan
Massimo Ginni vurğulamışdır
ki, Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycan
bu gün dünyada mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoq platforması qismində çıxış
edir.
Son dövrlərdə İtaliyada Azərbaycan ilə bağlı bir çox tədbirlər keçirilir. Bu isə Azərbaycanın İtaliyada daha yaxşı tanıdılmasına
xidmət edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının
təsisçisi və
baş redaktoru Leyla Əliyeva mərasimdə çıxış
etmişdir.
"Baku" jurnalını qədim Roma şəhərində
təqdim etməkdən
məmnunluq ifadə edən Leyla Əliyeva bildirmişdir ki, jurnalı təsis edərkən əsas məqsədi beynəlxalq miqyaslı dərgi hazırlamaq olmuşdur.
Ötən ildən ingilis dilində nəşr olunmağa başlayan jurnalın hazırda Roma,
Paris, Berlin və Nyu-Yorkda
yayıldığını qeyd edən Leyla xanım Əliyeva demişdir ki, "Baku"da Azərbaycanın mədəniyyəti,
tarixi, incəsənəti
və adət-ənənələri,
həmçinin müxtəlif
sənət adamları
haqqında məlumat verilir.
"Biz çox çalışırıq
ki, bu dərgi
italyan oxucularının
da ürəyincə olsun" - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti italiyalılara ölkəmiz
haqqında da ətraflı məlumat vermişdir.
Leyla xanım
Əliyeva bildirmişdir
ki, Azərbaycan kifayət qədər gənc ölkədir. Bu yaxınlarda ölkəmiz
müstəqilliyinin bərpa
olunmasının 20 illiyini
qeyd etmişdir. Lakin bununla bərabər ölkəmizin çox qədim tarixi vardır. Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək
hüququ verilmişdir.
Azərbaycanda 1901-ci ildə müsəlman
qızlar üçün
məktəbin açıldığını
və Şərqdə
ilk opera və baletin məhz ölkəmizdə
yarandığını vurğulayan
Leyla xanım Əliyeva demişdir:
"Azərbaycanın olduqca
zəngin mədəni
irsi və çox qədim tarixi vardır. Azərbaycanın paytaxtı
Bakı özündə
təkcə qədim Qız qalasında və Qobustan qayaüstü rəsmlərdə
əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq
ilə Qərbi, XX əsrin əvvəllərinin
neft bumu dövrünə aid fransız
şəhərsalma mədəniyyətini
özündə təcəssüm
etdirir.
Düşünürəm ki, ölkəmiz hər zaman açıq fikirliliyi və tolerantlığı
ilə tanınmışdır. Ölkəmizdə hər zaman mədəniyyətlər, dinlər
və adət-ənənələr
bir-birinə qovuşmuşdur.
Ümid edirəm ki, Heydər Əliyev Fondu tərəfindən Romada təşkil edilən Azərbaycan Mədəniyyəti günləri
italyan xalqına ölkəmizi daha yaxından tanımaq imkanı yaradır".
Leyla xanım
Əliyeva Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti
barədə də məlumat vermişdir. Bildirmişdir ki, Fond Azərbaycan mədəniyyətinin xaricdə
təbliğ edilməsi
sahəsində böyük
işlər görür
və UNESCO, İSESCO və
digər beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq
edir. Heydər Əliyev Fondu
təhsil, səhiyyə,
mədəniyyət, sosial
sahələrdə iri
layihələr həyata
keçirir.
Fondun ən vacib fəaliyyət istiqamətlərindən biri
də Azərbaycanda və regionda ekoloji sağlamlığın
mühafizəsi və
qorunmasıdır. Bu məqsədlə
Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Təşəbbüsünü irəli sürdüyünü
deyən Leyla xanım Əliyeva bu il Azərbaycanın "Eurovision" beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini bildirmiş və bütün qonaqları ölkəmizə dəvət
etmişdir.
Mərasim Azərbaycan incəsənət
ustalarının çıxışı
ilə davam etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 22 aprel.- S. 2.