Erməni mifomaniyası və həqiqət

 

  Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək/ və "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız bu qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini "milli mübarizə" amalına çevirərək dövlət səviyyəsində dəstəkləmişlər. Bu zaman isə onlar müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmişlər. Bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün daim "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadəyə çalışmışlar.

Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi almaqla, əsrlər boyu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Fərmanda deyilir ki, "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".

Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə qeyd olunduğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirərək, bu torpaqlarda erməni dövləti qurmaq məqsədini güdmüşlər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu, bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olubdur".

2010-cu ildə Gürcüstan tarixçisi Quram Marxuliyanın rus dilində "Ermənilər Ermənistan axtarışında" kitabı nəşr olunub. Tarix elmləri doktoru, professor Boris Kvarastxeliyanın kitaba yazdığı ön söz "erməni məsələsi"ni öyrənmək, bütün dövrlərdə olduğu kimi, indionun "aktuallığı"nı anlamaq, bilmək baxımından olduqca maraqlıdır: "...əsas məqsəd "erməni məsələsi" adlanan məsələni olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır".

Müəllif saxta, uydurma Ermənistan tarixinin dolaşıq, əyri-üyrü cığırları ilə hərəkət edərək Birinci Dünya müharibəsi illərində Osmanlı İmperiyasındakı hadisələr və onunla əlaqədar baş verən tarixi proseslər barədə erməni alimlərinin köhnə stereotiplərini vurub dağıdır.

Hər iki alimin elmi araşdırmalar nəticəsində gəldiyi qənaət sadə olduğu qədər də ibrətamizdir: XIX-XX əsrlər ermənilər tərəfindən özgə torpaqlarını zəbt edib ələ keçirmək və bu torpaqlarda "böyük Ermənistan" adlanan dövlətlərini yaratmaq xülyası ilə yadda qalıbdır. Doğrudan da, öz tariximizə nəzər salsaq, insanı dəhşətə və bəzən vahiməyə salan bu həqiqəti bir daha görmək olar.

İndiki Ermənistan adlanan torpaqlarda vaxtilə Azərbaycan dövlətlərindən biri olan İrəvan xanlığı yerləşirdi. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun hazırlayıb nəşr etdiyi "İrəvan xanlığı" kitabında da qeyd olunduğu kimi, "Qaraqoyunluların hakimiyyəti dövründə Çuxursəd vilayətinin tarixində sonralar bütün Azərbaycan üçün son dərəcə ağır problemlər yaradan bir hadisə baş verdi: Qaraqoyunlu hökmdarı Cahanşahın icazəsi ilə 1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmiədzin) monastırına köçürüldü. Bununla Cənubi Qafqazda qriqoryanlığı yayan erməni missionerləri üçün əlverişli şərait yarandı". 1441-ci ildə erməni katalikosluğunun İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər bu ərazidə ermənilərə məxsus heçyox idi. "Hətta erməni katalikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad) kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdır".

 

Ermənilərin Azərbaycana köçürülməsi tarixi faktlarda

 

 XIX əsrin əvvəllərində digər Azərbaycan xanlıqları kimi İrəvanın da çar Rusiyası tərəfindən işğalı bu strateji bölgəyə ermənilərin kütləvi axınına, azərbaycanlıların əzəli torpaqlarından məhrum olmasına gətirib çıxardı. "Beləliklə, 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində İrandan Şimali Azərbaycan - İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min nəfər erməni köçürüldü. Bundan bir az sonra Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi". Bu işə şəxsən rəhbərlik edən rus polkovniki Qazarros Lazaryan (Lazaryev) İrandan Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: "...Orada siz xristianların məskunlaşdığı yeni vətən əldə edəcəksiniz... İranın müxtəlif yerlərinə səpələnmiş xristianların bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik...İran çörəyi yeməkdənsə, rus otu yemək daha yaxşıdır."

Bununla əlaqədar rus tədqiqatçısı N.Şavrov hələ 1911-ci ildə yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik". "Biz" deyərkən tədqiqatçı rus hakim dairələrinin fəaliyyətini yada salırdı.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi sonrakı illərdə də davam etdi. Bunu o dövrdə baş verən müxtəlif ictimai-siyasi proseslər, Rusiyanın regionda güclənməsi ilə baş verən aramsız müharibələr daha da sürətləndirirdi. 1853-cü və 1877-1878-ci illərdə baş verən rus-türk müharibələrinin nəticələri də erməni millətçilərinin xristian "həmrəyli"yi amilindən istifadə etməklə Türkiyə və Azərbaycan ərazilərində erməni dövləti qurmaq iştahlarını daha da artırırdı.

1862-ci ildə ermənilərin Zeytun vilayətində türk hakimiyyət orqanlarına qarşı qaldırdıqları silahlı qiyam yatırılsa da, onlar gələcək fəaliyyətlərinin təbliği baxımından bu faktdan maksimum yararlanmağa çalışdılar. Eyni zamanda, Qafqazda, xüsusilə Azərbaycanda yerləşməkdə və rus himayəsi altında öz məqsədlərinə doğru irəliləməkdə daha sərbəst oldular.

Müəllif "erməni məsələsi"nin Gürcüstandan da yan ötmədiyini vurğulayaraq qeyd edir: "Ermənilərin kompakt yaşadıqları yerlər həmişə separatçılıq mərkəzinə çevrilir. Buna sübut olaraq keçmişdə Osmanlı imperiyasındakı, bu gün isə Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Cavaxetiya bölgəsindəki hadisələri göstərmək olar. Tarixi təcrübə də hadisələrin məhz belə bir istiqamətdə inkişaf edəcəyindən xəbər verir."

Ermənistanın tarixin qısa bir dövründə yoxdan var olması özü ilə bitib tükənməyən problemlər gətirdi. Bu, uydurmalara və miflərə əsaslanaraq başqa bir xalqın min illərlə yaşadığı bir ərazidə zor gücünə yaradılan bir dövlətdir, bu mənada analoqu olmayan hadisədir.

Hətta vaxtilə erməni tarixçisi K.Kirokosyan özü qeyd edirdi ki, ermənilərin keçmişi haqqında elə bir məlumat yoxdur ki, onu ya tarix, ya da salnamə adlandırasan. "Hayların (ermənilərin) - "mifik Haykın övladları olan, planetin ən qədim xalqı"nın peyda olması, Cənubi Qafqazda erməni dövlətinin yaradılması çar Rusiyasının fəaliyyətinin nəticəsidir" - fikrini, demək olar ki, tədqiqatçıların hamısı xüsusi vurğulayırlar.

Ermənilərin Türkiyə və İrandan Azərbaycan və Gürcüstan ərazilərinə köçürülməsində əsas rol qriqoryan kilsəsinə məxsusdur. Qriqoryan kilsəsinin Rus imperiyası və Avropa dövlətləri ilə əlaqələri XVII əsrə təsadüf edir. Ermənilər elə o vaxtdan avropalıları inandırmağa çalışırdılar ki, guya müsəlmanlar "Avropa ilə bir dinə tapınan erməni xalqını istismar edirlər".

Hələ 1699-cu ildə qriqoryan kilsəsinin razılığı ilə iki erməni - İsrail OriMinas Vardapet Avropa ölkələrini gəzərək "erməni haqlarından, ermənilərin dövlət yaratmaq" planlarından danışırdılar. Ancaq onlar çox çalışsalar da, o vaxt bu avantürist, heç bir məntiqə sığmayan fikirlərinə Avropada, onun hakim dairələrində lazımi dəstək tapa bilməyib ən axırda Rusiyaya üz tutmalı oldular. Çünki Avropa deyəsən onları o vaxtlar daha yaxşı tanıyırdı: "Qapalılıq və güclü fırıldaqçılıq ermənilərin qanına işləyib. Onların dedikləri nə qədər yalandırsa, o qədər də inandırıcı görünür. Hər cür zülmə, alçaqlığa və nankorluğa adət etmiş ermənilər öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edirlər. Din özü onların əlində xəbisliyə və yalana xidmət edən bir silahdır..." - deyən fransız utopisti Şarl Furye sanki bütün avropalıların fikirlərini ümumiləşdirərək elə həmin vaxtlar - 1808-ci ildə bunları söyləyirdi...

İki nəfərlik "nümayəndə heyəti" 1701-ci ildə I Pyotrla görüşüb o vaxt Səfəvi dövlətinin tərkibində olan Qarabağ vilayətinin erməni icmasının nümayəndələri olduqlarını bildirdilər və Osmanlı Türkiyəsinə qarşı vahid xristian cəbhəsinin yaradılması planlarını açıqladılar.

XVIII əsrin əvvəlləri idi. I Pyotr Baltik dənizinə çıxmaq üçün başlanan Şimal müharibəsində isveçlərə təzəcə uduzmuşdu. Gələn qonaqlar isə onu yeni bir "macəra"ya - Xəzər dənizinə, Zaqafqaziyaya "dəvət" edirdilər. I Pyotr bu "dəvəti" qəbul elədi və İsrail Oriyə təcili polkovnik rütbəsi də bağışladı. Sonra müəyyən tapşırıqlar verərək onu tacir adı altında bir xəfiyyə kimi 1707-ci ildə İrana yola saldı...

Ancaq çox keçmədi ki, Ori Həştərxanda qəflətən öldü. Lakin onun "arzular"ı çiçəklənməkdə idi: 2 mart 1711-ci və 28 yanvar 1717-ci illərdə I Pyotrun sərəncamları ilə İrandan və Türkiyədən ermənilərin Rusiyaya cəlb olunması üçün fəaliyyətə start verildi.

Həmin dövrdə I Pyotrun göstərişi ilə Qafqazın ilhaqına başlandı. Artıq 1722-ci ildə ruslar Dərbənd, Quba, Bakı, Salyan, Lənkəran və digər Xəzəryanı Azərbaycan vilayətlərini ələ keçirirdilər. 1724-cü ilin oktyabrında I Pyotr ələ keçən torpaqlara ermənilərin köçürülməsinə imkan verən sərəncam imzaladı. Bu sərəncamda bütün vasitələrdən istifadə etməklə "ermənilərin və digər xristianların müsəlman torpaqlarına" köçürülməsi bir vəzifə olaraq irəli sürülürdü. Azərbaycan və Gürcüstan ərazilərində erməni dövləti yaratmaq məsələsi ilə o vaxt Şəmiryan adlı bir erməni məşğul olurdu. Onun qurduğu plana görə yaradılacaq dövləti erməni çarı idarə etməli, onun Peterburqda rəsmi nümayəndəliyi olmalı, yeni çarı müdafiə etmək üçün isə 6 minlik rus qoşunu 20 il ərzində bu ərazilərdə qalmalı idi...

 

Rusiya-İran müharibəsi Qarabağda etnik vəziyyətə təsir etdi

 

1725-ci ildə I Pyotrun ölümündən sonra ruslar Xəzəryanı bölgələri tez-tələsik tərk etməli oldular. Doğrudur, bu gediş həmişəlik olmadı, onlar müəyyən vaxtdan sonra yenidən qayıtdılar, amma ermənilər XVIII əsrin əvvəllərində Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq istəklərinə çata bilmədilər.

Təxminən 100 il sonra - 1827-ci ildə İrəvan xanlığının işğal olunması ilə vəziyyət yenidən ermənilərin "xeyrinə" dəyişdi...

Qafqazın, xüsusilə Azərbaycanın ruslar tərəfindən zəbt olunması ardıcıllığına və o dövrdə baş verən ictimai-siyasi proseslərə nəzər salaq. Çünki bütün bu hallar ermənilərin düşünülmüş şəkildə həmin ərazilərə yerləşdirilməsi, köçürülməsi ilə müşayiət olunurdu:

1801-ci ildə Şərqi Gürcüstan, Qazax və Şəmşəddin sultanlıqları, 1803-cü ildə Car Balakən camaatı çar Rusiyasının işğalçı siyasətini görür.

1804-cü ildə Gəncə ələ keçir, Cavad xanoğlu şəhid olur. Gəncə ilə bərabər Samux sultanlığı da zəbt olunur.

1805-ci ildə Qarabağ xanlığı, 1806-cı ildə Bakı, Quba və Şəki xanlıqları, 1809-cu ildə Lənkəran xanlığı rus qoşunları tərəfindən ələ keçirilir.

Rus hökuməti müsəlman əhaliyə inanmadığı üçün işğalı başa çatdıran kimi Azərbaycan torpaqlarına xristianları köçürməyə başlayır. Hətta 1819-cu ildə uzaq Almaniyadan yüzlərlə alman ailəsi Qarabağın şimalına köçürülür...

Vəziyyətin mürəkkəbliyi rusları ehtiyatlı olmağa və hələlik yerli ənənələri və maraqları nəzərə almağa məcbur edirdi. Eyni zamanda, Rusiya hakim dairələri o dövrdə Azərbaycana dair siyasətində daha çox ermənilərə arxalanır, onlara üstünlük verirdi. 1905-ci ildən başlayaraq İrandan və digər regionlardan Azərbaycana, ilk növbədə Qarabağa ermənilər köçürülürdü. 1810-cu ildə rəsmi məlumatlara görə, Qarabağda yaşayan 12.000 ailənin 9.500-ü (79%) azərbaycanlı, 2.500-ü (21%) erməni idi" (Quram Marxuliya "Ermənilər Ermənistan axtarışında", Tbilisi, 2010).

1823-cü ildə general Yermolovun göstərişi ilə Qarabağda yaşayan əhalinin vergi mükəlləfiyyəti müəyyənləşdirildi. Bu, Qarabağda əhalinin sayı və etnik tərkibi barədə ilk yazılı, rəsmi sənəddir. Həmin sənədə əsasən, Qarabağda 20.095 ailə, yaxud 90.000 nəfər yaşayırdı ki, onlardan 15.729 ailə (78%) azərbaycanlı, 4.366 ailə (22%) erməni ailəsi idi. Eyni zamanda, Şuşada 1.111 azərbaycanlı və 421 erməni ailəsi yaşayırdı. Şuşa ətrafında 450-dən artıq azərbaycanlı, cəmi 150 erməni kəndi vardı. Bu kəndlərdə 14.618 azərbaycanlı, 3.945 erməni ailəsi yaşayırdı.

1826-1828-ci illərdə Rusiya-İran müharibəsindən sonra Qarabağda etnik vəziyyət kəskin surətdə dəyişməyə başlayır. 1828-1829-cu illərdə rus-türk müharibəsindən dərhal sonra Qafqaza 84.000 erməni ailəsi köçürülür. Onlar əsasən Qarabağ və İrəvan vilayətlərində yerləşdirilir. Eyni zamanda, o vaxt çar məmuru N.N.Şavrovun yazdığı kimi, "nəzərdən qaçırmaq olmaz ki, rəsmi şəkildə köçürülən 124.000 ermənidən başqa qeyri-rəsmi köçənləri də nəzərə alsaq, köçürülənlərin sayı 200.000 nəfəri adlayır". Ermənilərin İrandan və Türkiyədən Zaqafqaziyaya köçürülməsi və köçməsi prosesi sonrakı illərdə də davam etdirildi.

 

 Ermənilərin torpaq iddiaları

 

Ermənilərin, digər torpaqlarımız kimi, Qarabağa da iddialarını qəti surətdə rədd edərək bu ərazilərin həmişə Azərbaycan türklərinin olduğunuonlar tərəfindən idarə olunduğunu tarixi faktlar da sübut edir. Belə faktlar içərisində Qarabağın sonrakı taleyində silinməz izlər qoyan "Kürəkçay müqaviləsi", bu müqavilədən irəli gələn, xanlığın rus hakimiyyət dairələri ilə münasibətlərini tənzimləyən qarşılıqlı öhdəliklər də var. Müqavilə rusların təpkisi altında Qarabağ xanı məşhur İbrahim Xəlil xanla general Sisianov arasında 1805-ci ilin 14 mayında imzalanıb. Həmin görüşdə Qarabağ xanı ilə yaxın qohumluq əlaqələri olan Şəki xanı Səlim xan da iştirak edirdi.

Bir az keçəcək, ruslar bağlanan müqavilənin şərtlərini pozacaqindi ermənilərin özlərinə "paytaxt" elan etdikləri Xankəndidə İbrahim xanı ailəsi, körpə uşaqları ilə birlikdə qətlə yetirəcəklər. Bu haqsızlığa Qarabağ camaatı ilə birlikdə İbrahim xanın kürəkəni, şəkili Səlim xan da qiyam qaldırmaqla cavab verəcək...

1813-cü ildə imzalanan "Gülüstan müqaviləsi" və 1828-ci ildə Azərbaycanın şimal torpaqlarının işğalını sona yetirən "Türkmənçay müqaviləsi" xalqımızın tarixində öz ağır izlərini qoydu. Dəhşət doğuran faktlardan biribudur ki, heç bir məntiqə sığmayan bir şəkildə rus hakim dairələri tərəfindən 1828-ci il martın 21-də, Novruz bayramı günlərində İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində erməni vilayəti yaradılır və o vaxt ordakı 1110 yaşayış məntəqəsindən yalnız 62-də ermənilərin yaşadığı nəzərə alınmır.

Tarixi sənədlərə və faktlara əsaslanaraq tam əminliklə "erməni məsələsi"nin I Pyotr dövründə meydana çıxdığını, II Yekaterinanın hakimiyyəti illərində israrla gündəlikdə saxlandığını söyləmək olar. Məqsəd İran və Osmanlı dövlətləri qarşısında bufer rolu oynaya biləcək gürcü-erməni dövləti yaratmaq idi.

Ermənilər indinin özündə belə Gürcüstanın digər əraziləri ilə birlikdə Camcxe-Cavaxetiya bölgəsinə də iddialıdırlar. Tarixçi alim Q.Marxuliya "Ermənilər Ermənistan axtarışında" kitabında problemin keçmişinə qayıdaraq vaxtilə rus tədqiqatçı və şahidlərinin öz sözlərini yada salır, dövrü, zəmanəni onların gözlərilə canlandıraraq yazır: "Türkiyə tərəfdən köçüb gələn ermənilər, demək olar ki, bütün Axalkalaki bölgəsini başdan-ayağa tutdularancaq bəzi yerlərdə onların arasında vadiyə bənzəyən gürcü kəndləri görünürdü".

1846-cı ildə yaradılan Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları ilə yanaşı 1849-cu ildə ermənilərin təkidi ilə İrəvan quberniyasının da yaradılması onların gələcək işğalçılıq fəaliyyətinə böyük imkanlar açdı. Artıq Azərbaycan və Gürcüstan toponimlərini özününküləşdirmək, kənd və şəhərlərin, kilsə və monastırların, tarixi abidələrin adlarını dəyişdirmək, qonşu ərazilərə iddia etmək imkanı əldə etdilər. Azərbaycanlılar kimi gürcü ictimaiyyəti baş verənlərdən sarsılmışdı. O vaxtlar İlya Çavçavadze yazırdı: "...ermənilər heç vaxt yaşamadıqları yerlərdə yuva qurmağa çalışır və hamını buna inandırmağa can atırlar". Ermənilərin naşükürlüyündən dəhşətə gələn Akaki Sereteli isə belə deyirdi: "Gürcü çarlarının ermənilərə yazığı gəlib onları ticarətlə məşğul olmaq üçün Gürcüstanın müxtəlif guşələrində yerləşdirdilər. Onlara hətta şəhərlər verildi. Gürcülər isə çoxsaylı düşmənlərlə müharibədən yorulub geri qayıtdıqda təəccüblə gördülər ki, onların evləri "qardaş" dedikləri ermənilər tərəfindən zəbt olunub. Üzr istəmək əvəzinə isə onlar qışqırıb bağırırdılar: "Siz kimsiniz, hardan gəlmisiniz? Siz burdavaxt yaşamısınız? Bu torpaq həmişə bizim olub!" Sübut üçün isə elə gürcü kilsələrini, məbədlərini göstərirdilər. Orda isə artıq gürcü adlarını pozub ermənicə yazmışdılar". Sanki öz xalqının məhz bu iyrənc xüsusiyyətini nəzərə alan erməni yazıçısı Ovanes Tumanyan hələ 1910-cu ildə yazırdı: "Başqa yolumuz yoxdur. Bizim həqiqi xilasımız içərimizdən başlamalıdır, çünki biz içəridən xəstəyik". Göründüyü kimi, illər keçir, bu "xəstəlik" isə sağalmaq bilmir ki, bilmir. "Erməni mərəzi"ndən gürcülər də əziyyət çəkir.

 

 

(Ardı var)

 

Azərbaycan.- 2012.- 22 aprel.- S. 4.