Azərbaycan Prezidenti İlham Əliyev
İsrailin Baş nazirinin müavini, xarici işlər nazirinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də İsrail Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İsrailin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu dedi.
Dövlət başçısı Azərbaycanda quruculuq işlərinin ardıcıl olaraq sürətlə həyata keçirildiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə İsrail arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 24 aprel.- S. 1.