M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 1.