Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"nin 3.1-ci  bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilsinlər:

 

 dövlət orqanlarından

 

Süleymanov Tahir Veys oğlu   - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini

Məmmədov İlqar Kamil oğlu    - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi

Məcidli Vüqar Sabir oğlu     - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini

 

qeyri-hökumət təşkilatlarından

 

Quliyev Azay Əjdər oğlu - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi

Məmmədov Sahib Məlik oğlu    - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Mirzəzadə Rəna Rza qızı      - Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri

Qədirov Vüqar Kərim oğlu     - Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri

Vəliyeva Dilarə Hətəm qızı   - "Mülk" İctimai Assosiasiyasının prezidenti

İsmayılov Şahin Əmir oğlu    - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Hüseynova Gülnarə Alxas qızı - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti

Nuriyev Əliməmməd Mali oğlu - "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti

 

 2. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2579 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 276) ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 1.