Moskvada Birlik Ulduzları parladı

 

 MDB-nin bu dövlətlərarası mükafatına layiq görülənlər arasında Mehriban Əliyeva və Leo Bokeriya da vardır

 

Rusiyada çıxan "Nezavisimaya qazeta"nın 23 aprel nömrəsində Olesya Xantseviçin "Moskvada "Birlik Ulduzları" parladı" sərlövhəli məqaləsi dərc edilmişdir. AzərTAc həmin məqalənin mətnini cüzi ixtisarlarla  təqdim edir.

"Aprelin 13-də Moskvada Rusiya Dövlət Kitabxanasının Paşkov evində 2011-ci il üçün MDB-nin "Birlik Ulduzları" dövlətlərarası mükafatı laureatlarının təntənəli təltif mərasimi keçirilmişdir. Bu yüksək mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahələrinə sanballı töhfəyə görə verilir. Üç nominasiyanın hər birində hərəsi 2 milyon Rusiya rublu məbləğində üç mükafat verilir. "Birlik Ulduzları" mükafatı 2008-ci ildə MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) və MDB Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) tərəfindən təsis edilmişdir.

Bu il mükafatların təqdim edildiyi gün çiskinnamünasib hava şəraiti Paşkov evində duyulan bayram ab-havası ilə kəskin təzad təşkil edirdi. Rusiyanın və bütün MDB-nin elitası: Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, "Rossotrudniçestvo" agentliyinin başçısı Konstantin Kosaçev, rejissor Yuli Qusman, gürcüstanlı kinorejissor İrakli Kvirikadze, Dövlət Dumasının deputatları, Olimpiya çempionları, elmi və yaradıcı ziyalıların nümayəndələri, diplomatlar və əvvəlki illərin laureatları Moskvanın ən gözəl binalarından birində toplaşmışdı. 2010-cu il üçün bu mükafatın laureatı, SSRİ xalq artisti Vladimir Spivakovunonun rəhbərlik etdiyi "Virtuozı Moskvı" kollektivinin çıxışı mərasimin qonaqları üçün gözlənilməz və unudulmaz hədiyyə oldu. Bu kollektivin solistləri qismində hələ lap gənc istedadlar : Elvin Qəniyev (Azərbaycan), Matvey Şerlinq (RF), habelə Böyük Teatrın solisti Anna Aqlatova çıxış edirdi. Təntənəli mərasimi əməkdar incəsənət xadimi Svyatoslav Belza idarə edirdi. Ənənəyə görə, təltifetmə mərasimini Dövlət Dumasının sədri Sergey Narışkin açmışdır. O, MDB məkanında mədəniyyətlərarası humanitar əməkdaşlığın vacibliyini qeyd etmişdir. RF parlamentinin spikeri laureatlardan hər birinin böyük xidmətləri barədə məlumat verdikdən sonra mükafatları təqdim etməyə başlamışdır. Narışkin əsl centlmen kimi laureatlar siyahısında yeganə qadın olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan başlamışdır. "Birlik Ulduzları" mükafatı ona humanitar fəaliyyət sahəsində verilmişdir. Narışkin Mehriban xanım Əliyevanın səhiyyə sahəsində, sosial sferada, mədəniyyət və humanitar sahələrdə görkəmli xidmətlərini, habelə Birliyin bütün xalqları naminə inteqrasiya proseslərinin möhkəmlənməsində müstəsna rolunu xüsusi vurğulamışdır. Mehriban xanım Əliyevanın reqaliyalarını saymaqla qurtarmaz: Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru, "Eurovision-2012" beynəlxalq musiqi müsabiqəsinin təşkilat komitəsinin rəhbəri - bunlar Mehriban xanım Əliyevanın fəxri adlarının yalnız bir qismidir.

Mehriban xanım Əliyeva bu mükafataonun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə DHƏF-ə və HƏŞ-ə səmimi təşəkkürünü bildirmişdir. Birinci xanım demişdir: "Mən bu mükafatı müasir Azərbaycanın xidmətlərinin etiraf edilməsi kimi, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi işinə mənim ölkəmin töhfəsi kimi qiymətləndirirəm. Azərbaycan coğrafi baxımdan Avrasiyanın mərkəzində yerləşir və əsrlər boyu ölkəmiz çoxsaylı mədəniyyətlərin və sivilizasiyaların əlamətlərini özündə birləşdirir".

M.Əliyeva qeyd etmişdir ki, onun fikrincə, "yaşadığımız mürəkkəb və ziddiyyətli dünyada bəzən adi anlaşma, dözümlülük və hörmət münasibətləri çatışmır". Laureat Moskvanın qonaqpərvərliyini xüsusi qeyd edərək çıxışını belə tamamlamışdır: "Etimadı möhkəmlətmək, anlaşmaya nail olmaq, yığılıb qalmış problemlərin həlli mexanizmlərini yaratmaq yalnız birgə səylərimizlə, mənəviyyat və humanizm, insaniyyət, inambir-birinin kədərinə şərik olmaq kimi ümumbəşəri dəyərlərə əsaslanmaqla və əlbəttə, humanitar və mədəni əlaqələri gücləndirmək və möhkəmləndirməklə mümkündür. İqtisadi əlaqələrin möhkəmlənməsi kimi təhsil, elm və mədəniyyət sahəsində irimiqyaslı layihələr də ölkələrimizin sülh və firavanlığa can atmasına kömək edir".

M.Əliyeva demişdir: "Moskvaya gəlmək mənim üçün həmişə xoşdur. Mənim gəncliyim bu şəhərlə bağlıdır, mən burada oxumuşam. Bu il baharın gəlişi bir qədər geciksə də, Moskvanın qonaqpərvərliyi bunun əvəzini çıxdı".

Qırğız Respublikasının mədəniyyət və turizm naziri İbrahim Cunusov da humanitar fəaliyyət sahəsində "Birlik Ulduzları" mükafatı ilə təltif edilmişdir. İki yüzə yaxın mahnının müəllifi olan İ.Cunusov imkanları daxilində uşaq evlərinə və qocalar evlərinə kömək edir, istedadlı gəncləri dəstəkləyir.

Rusiya Elmlər Akademiyasının Bakulev adına ürək-damar cərrahiyyəsi elmi mərkəzinin rəhbəri, "Millətin sağlamlıq liqası" ümumrusiya ictimai təşkilatının prezidenti, bütün dünyada təbabətdə tətbiq edilən innovasiya metodlarının banisi, Rusiyanın aparıcı kardiocərrahı Leo Bokeriya da "Birlik Ulduzları" mükafatı almışdır. L.Bokeriya demişdir: "Mənə bu mükafatın verilməsi məni xəyalən gənclik illərinə, bugünkü kimi hamımızın bir yerdə olduğu dövrə apardı. Unutmamalıyıq ki, hər bir ölkə dünya birliyinə inteqrasiya etməyə çalışır. Tamamilə aşkardır ki, biz hamımız getdikcə bir-birimizə daha çox meyil edəcəyik, çünki tarixən 400 ildən artıq müddətdə birlikdəyik. Əgər ümumiyyətlə, bunu etməsək, tamamilə iflasa uğrayacağıq. İnsan öz qonşusunun evində nələr baş verdiyini bilmirsə, bu, dəhşətdir".

M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun Folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, qazaxıstanlı professor Seyid Kaskabasov qazax folklorunun qorunub saxlanması və inkişafı konsepsiyasına görə elm və təhsil sahəsində mükafatla təltif edilmişdir. Belarusun "Syabrı" ansamblının bədii rəhbəri Anatoli Yarmolenko, habelə tacikistanlı rejissoraktyor Məhəmmədəli Məhmədov ədəbiyyat və incəsənət sahəsində xidmətlərinə görə mükafata layiq görülmüşdür. A.Yarmolenko təşəkkürünü bildirərək demişdir: "Bu, bizim düz yolda olmağımızı təsdiq edir. Mən MDB ölkələrində bizim mahnıları başa düşmüş, qəbul etmişsevmiş bütün dinləyicilərə və tamaşaçılara təşəkkürümü bildirmək istəyirəm".

Mərasimin sonunda HƏŞ və DHƏF rəhbərləri: Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev və Dövlət Duması aparatının rəhbəri Cahan Pollıyeva laureatları təbrik etmişlər. DHƏF idarə heyətinin həmsədri Mixail Şvıdkoy belə bir fikir söyləmişdir ki, bu mükafatın əsas məqsədi qonşu dövlətlərdən olan görkəmli insanları sadəcə, qeyd etmək deyil, MDB ölkələri arasında bu günümumi cəhətlərin çox olduğunu sübut etmək, bu yaxınlaşmaya şərait yaratmaqdır.

Qeyd etmək lazımdır ki, postsovet məkanında bu ən böyük dövlətlərarası mükafatın praktiki dəyəri də vardır. Laureatın aldığı iki milyon rubl, bir qayda olaraq onun öz nəcib işini davam etdirməsinə kömək edir. Məsələn, keçən il "Birlik Ulduzları" mükafatına layiq görülmüş Vladimir Spivakov öz mükafatını bütünlüklə 15 yaşlı istedadlı violonçel çalan Anastasiya Kobekina üçün XVIII əsrdə yaradılmış violonçel almağa sərf etmişdir. Görünür, Leo Bokeriya da bu ənənəni dəstəkləməyi qərara almışdır. Onun sözlərinə görə, pul mükafatı onun müxtəlif ölkələrdə, o cümlədən Birlik ölkələrində nümunəvi əməliyyatlar aparmaq üçün tez-tez səfərə çıxmasına imkan verəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 4.