Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

Aprelin 16-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Palatası Şəki Apelyasiya Məhkəməsinin müraciətinə baxaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il mayın 4-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 8.