Gənclərlə
görüş keçirilmişdir
Şəmkir Rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının təşəbbüsü ilə gənclərlə görüş keçirilmişdir. Görüşdə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində gənclərdə azərbaycançılıq, vətənpərvərlik ideyalarınin inkişafı, milli-mənəvi dəyərlərə hörmət, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması barədə ətraflı danışılmışdır.
Çıxışına ümummilli lider Heydər Əliyevin "Hər bir gənc Azərbaycanın müstəqilliyini təmin etmək üçün Vətənini, ölkəsini, xalqını, millətini, dilini, dinini, milli ənənələrini sevməlidir" sözləri ilə başlayan rayon icra hakimiyyətinin başçısı N.Veysov bildirmişdir ki, ümummilli liderin bu tövsiyəsi nəinki bizim ölkəmizdə, dünyanın hər bir yerində yaşayan azərbaycanlı gəncin əsas qayəsi, amalı olmalıdir. Sevindirici haldır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərə diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı gənclərin müasir Azərbaycanın inkişafı prosesində fəal iştirakını təmin etmək, onların vətənpərvər ruhda yaşaması və çalışması üçün hər cür qayğı göstərir. Bu qayğı dövlət proqramının tələb və tövsiyələri baxımindan növbəti illərdə də davam etdiriləcəkdir.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının
sədri Fəxrəddin Vəliyev, rayon mərkəzi xəstəxanasının
baş həkimi Nurəddin Əhmədov, rayon Gənclər və
İdman İdarəsinin rəisi Pərvin Gözəlov, rayon
Təhsil Şöbəsinin metodisti Firuzə İmanova və
başqaları çıxış edərək
bildirmişlər ki, həyata
keçirilən gənclər siyasəti, onlara göstərilən
diqqət və qayğı yeni iş yerlərinin
açılmasına, tələbə gənclərin təqaüdlərinin
artırılmasına, gənclərin bir çox xarıci
ölkələrdə təhsil almalarına zəmin
yaradıb.
Azərbaycan.- 2012.- 24 aprel.- S. 8.