Azərbaycan Diplomatik Akademiyası Amerika Ticarət Palatasının üzvü seçilmişdir

 

 Azərbaycan Diplomatik Akademiyası (ADA) Amerika Ticarət Palatasının (AMCHAM) üzvü seçilmişdir.

Akademiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  bu, ADA-nın paytaxtın biznes ictimaiyyəti ilə əməkdaşlığına,  həmçinin ölkədəki və kənardakı biznes icmaları ilə də əlaqələrin möhkəmlənməsinə kömək edəcəkdir. Bu, həmçinin ADA-ya gələcək korporativ proqramlarda yardımçı olacaqdır.

Palataya üzvlük akademiyanın tələbələrinin gələcəkdə işlə təmin olunmaq, yerlixarici şirkətlərdə təcrübə keçmək imkanı yaradacaqdır.

ADA Amerika Ticarət Mərkəzinə üzv olan ilk ali təhsil ocağıdır. 1996-cı ildə yaradılmış Amerika Ticarət Palatasına hazırda Azərbaycan iqtisadiyyatının bütün sahələrindən olan 223 üzv daxildir.

 

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 8.