Rusiyanın “Vestnik Kavkaza” nəşri Bakıda “Eurovision-2012” Beynəlxalq mahnı müsabiqəsinə
hazırlıq haqqında məqalə dərc etmişdir
Rusiyanın "Vestnik Kavkaza" nəşrinin 24 aprel nömrəsində "Naməlum Qafqaz" layihəsi çərçivəsində jurnalist Oleq Kuşatının "Eurovision-2012": Bakı hazır olduğunu bəyan etmişdir" sərlövhəli məqaləsi dərc olunmuşdur. AzərTAc həmin məqalənin mətnini oxuculara təqdim edir.
* * *
Aprelin 15-də konsert salonunun tikintisi yerində çəkdiyim fotoşəkillər iki gündən sonra köhnəlmişdi. Mənim çəkdiyim şəkillərdə "Crystall Hall" hələ tamamlanmamış görünür. Aprelin 17-də isə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirdi ki, konsert kompleksinin inşası başa çatmışdır. Bina şounun hazırlanması üçün Brainpoll şirkətinə təhvil verilmişdir.
Tikintinin başa
çatmasına iki gün
qalmış biz Bayıl burnuna
gələndə buna bənzər bəyanatlar qeyri-real
görünə bilərdi. Meydançada
iş paltarı geyinmiş
adamlar qaynaşırdı. Belə təəssürat
yaranırdı ki, gecə libaslarına və
şıq kişi kostyumlarına hələ
çox var. Salondan mətbuat mərkəzinədək
toz-torpağın içindən keçib getməli olduq.
Həmsöhbətimiz, mətbuat mərkəzinin
əməkdaşı Kamran Ağası sakit və qətiyyətli bir
səslə deyirdi ki, artıq iki
gündən sonra bu binanın
ətrafına asfalt döşənəcək
və müsabiqənin təşkilatçıları
mərkəzdə quraşdırılmış minlərlə
kompyuterin işini
sınaqdan keçirəcəklər. "Crystall
Hall"ın özünün tikintisi isə daha tez başa
çatacaqdır. Gördüyümüz
isə səkkiz aydan az
müddətdə, özü də Qafqaz üçün
görünməmiş dərəcədə
soyuq keçən, Xəzər dənizinin Azərbaycan sahillərinin son yarım əsrdə ilk dəfə donduğu qış aylarında
ucaldılmışdı.
Kamranı dinləyə-dinləyə 25 min nəfərlik
salonu olan nəhəng
dairəvi binaya
baxanda başa düşürsən ki,
burada sözünün üstündə möhkəm
durmağı bacarırlar. İki gün sonra hamımız buna əmin olduq. "Crystall
Hall" aprelin 17-ə hazır
oldu.
"Budəfəki "Eurovision" müsabiqəsində çox
şey ilk dəfə
olacaqdır. Təşkilatçılar
yəqin ki, insanların hələ
uzun müddət xatırlayacaqları bir sıra texniki və musiqili tamaşa ideyaları təklif edəcəklər",-
deyən Kamran Ağası detalları açıqlamasa da, şəxsən bizim marağımızı artıra
bildi.
Bu gün Bakıda
çoxları "Eurovision"la
yaşayır. Odur ki, təşkilatçıların bu
müsabiqəyə son dərəcə
ciddi yanaşmasını
başa düşmək
olar. "Eurovision-2012" müsabiqəsinə Heydər Əliyev Fondu hamilik edir. Hələ
ötən il, Eldar
Qasımovla Nigar Camalın Düsseldorfdakı qələbəsindən
dərhal sonra Azərbaycan rəhbərləri əmin
etmişdilər ki,
2012-ci ilin müsabiqəsi ən yüksək səviyyədə
keçiriləcəkdir. Hazırlığın
birinci mərhələsi - unikal "Crystall Hall"ın ucaldılması verilmiş vədlərə
müvafiq
surətdə başa çatmışdır. Bakıda müsabiqə təşkilatçılarının digər
mərhələlərdən də uğurla keçəcəyinə
şübhə ilə
yanaşan çox az adam tapılar.
Kamran Ağası sözünə
davam edərək deyir: "Crystall Hall" təkcə "Eurovision-2012" üçün inşa edilmir. Bakıda konsertlər
və kütləvi tamaşalar üçün
belə rahat salon olmamışdır. Bizdə
buna bənzər bütün tədbirlər 2,5 min adamlıq salonda keçirilir. Dünyanın meqa-ulduzları, adətən,
böyük yerlərdə
konsertlər verirlər.
Texniki və maliyyə tələbləri belədir
- mürəkkəb və
bahalı aparaturanı
yerləşdirmək tələb
olunur. Belə bir aparatura ilə qastrollar tamaşaçıların sayının
çox olmasını
tələb edir. Bakının belə bir böyük konsert məkanına ehtiyacı vardı. Artıq məlumdur ki,
bu ilin payızında "Crystall
Hall"da Cennifer Lopesin, Şakiranın konsertləri planlaşdırılmışdır.
Üstəlik, "Crystall
Hall" Olimpiada-2020-nin keçirilməsi
hüququ uğrunda mübarizədə
Bakının Sifariş
kitabına daxil edilmişdir.
"Eurovision-2012"-nin bəzi
tənqidçiləri bildirirlər ki, 25 min nəfərlik salon
yalnız
musiqi müsabiqəsinin
keçirilməsi üçün
ucaldılır.
Bu, yumşaq desək, həqiqətə
uyğun deyildir.
Eləcə də bəzi ictimai xadimlərin salonun tikintisi naminə Bayılda doqquzmərtəbəli
evin sökülməsi,
onun sakinlərinə isə kifayət qədər kompensasiyanın ödənilməməsi barədə iddiaları ilə razılaşmaq mümkün deyildir. Tikintinin bir kilometrliyində yerləşən həmin ev dairəvi yolun tikintisi planına müvafiq olaraq sökülmüşdür. Üstəlik, sakinlər tam bazar qiymətinə uyğun kompensasiya almışlar".
"Bakı müsabiqəsinin
vəzifələrindən biri Avropaya Azərbaycan,
o cümlədən onun
mədəniyyəti haqqında
daha ətraflı danışmaqdır.
Məgər Müslüm
Maqomayev hələ
30 il əvvəl bunu etməmişdi?"- deyə soruşuram.
"Bu gün Azərbaycan
yeni bir dövr - müstəqil inkişaf dövrü yaşayır. Mənim valideynlərim və yaşıdlarım üçün
M.Maqomayev öz dövrünün Azərbaycanını
təcəssüm etdirirdi.
O, indi də postsovet məkanında sevilir. On iki-on üç il bundan əvvəl doğulmuş insanlar (onlar da böyük
Azərbaycan ifaçılarını,
o cümlədən Maqomayevi
dinləyirlər) üçün
duetimizin "Eurovision-2011"-də qələbəsi
musiqili Avropaya yeni çıxışdır.
Yeni zaman - yeni vəzifələr",- deyə Ağası
cavab verir. Rusiya Dövlət Humanitar
Universitetinin
Qafqazşünaslıq Mərkəzinin baş direktoru İsmayıl Ağakişiyev
söhbəti davam
etdirərək deyir:
"Yadımdadır, bir
vaxtlar, hətta Moskvada da azərbaycanlılar
haqqında,
demək olar, heç nə bilmirdilər. Deyəndə ki, Qafqazdan gəlmişəm, soruşurdular
ki, sən gürcüsən? Hesab
edirəm ki, azərbaycanlıları respublikada
böyük iqtisadi yüksəlişin olduğu
və onun rəhbəri Heydər Əliyevin Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü seçildiyi
1970-1980-ci illərdə tanımağa
başladılar. Avropa yalnız bizim günlərdə azərbaycanlılar
haqqında
gerçək məlumatlar alır. "Eurovision-2012"
böyük informasiya
sıçrayışıdır. Bir çox avropalılar bura, müsabiqəyə gəlib,
dəniz sahilində müasir Bakının necə
tikildiyini, ölkənin
necə iqtisadi sıçrayış etdiyini öz gözü ilə görəcək, xalqımızın tarixi və mədəniyyəti ilə tanış olacaqlar. Bu günlərdə Qəbələdə Azərbaycanda
beşinci beynəlxalq
aeroport açılacaqdır.
"Eurovision"dan sonra Avropada Azərbaycanı xəritədə
daha tez tapacaqlar.
Ötənilki müsabiqə zamanı
tanınmış Azərbaycan
yazıçısı Çingiz
Abdullayev Rumıniyadan
vətənə qayıdırdı. Bakılı duetin qələbəsi haqqında xəbər
ona Türkiyədə
çatmışdı. Ç.Abdullayev
deyir: "Bir görərdiniz ki, türklər qələbəmizə
necə sevinirlər. Hesab edirdilər ki, Düsseldorfda onlar
qələbə qazanmışlar.
Əllərində iki
ölkənin bayraqları
olan insanlar küçələrə
axışırdılar". Nümayəndələri
"Eurovision-2012"-yə qatılmayacaq ölkəyə
gəldikdə isə
bu, təəssüf hissi doğurur. Erməni ifaçılar Bakıda
oxusaydılar, bu, iki xalq arasında
qarşılıqlı anlaşma
yolunda daha bir addım olardı.
AzərTAc
Azərbaycan.- 2012.- 25 aprel.- S. 2.