İRSbeynəlxalq jurnalının növbəti nömrəsi Bakıda musiqi mövsümünün başlanmasından söz açır

 

Moskvada nəşr olunan "İrs-Naslediye" beynəlxalq jurnalının növbəti nömrəsi Azərbaycan üçün çox mühüm hadisə - "Eurovision-2012"  beynəlxalq musiqi müsabiqəsi ərəfəsində işıq üzü görmüşdür.

Jurnal ötən 10 ildə öz səhifələrində  Azərbaycan musiqisinə həsr olunmuş onlarca məqalə dərc etmişdir. Budəfəki nömrənin - "Azərbaycan Odlarfestivallar diyarıdır"  sərlövhəli məqaləsində  ölkəmizdə keçirilən ənənəvi musiqi festivalları  və onların yaranması tarixi barədə  maraqlı material təqdim olunmuşdur.  Məqalədə deyilir  ki, Azərbaycan beynəlxalq musiqi təqviminin əhəmiyyətli tədbirlərinin  keçirilməsi üçün  təsadüfən seçilməmişdir.  Azərbaycanın musiqi mədəniyyətinin tarixi və zəngin ənənələri, beynəlxalq miqyaslı  musiqi festivallarının ölkədə keçirilməsi  belə düşünməyə  əsas verir ki,  Azərbaycan nəinki belə miqyaslı festivallarda  uğurla iştirak etməyə, həm də onu daha böyük müvəffəqiyyətlə öz evində  təşkil etməyə qabildir. Məqalədə deyilir: "Bu festival  təkcə parlaq musiqi bayramı kimi deyil, həm də yüksək təşkilatçılıq səviyyəsi sayəsində  uzun müddət yaddaşlardan silinməyəcəkdir.  Azərbaycanda qarşıdan gələn müsabiqəyə ilk növbədə son illər  sosial-iqtisadi  inkişafda  sanballı nəticələrə nail olmuş bir ölkə barədə beynəlxalq  ictimaiyyətdə son dərəcə gözəl imic formalaşdırmaq imkanları nöqteyi-nəzərindən ümumdövlət əhəmiyyətli  tədbir kimi baxılır".

Jurnalda, həmçinin  Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti haqqında  "Azərbaycanlıların 1918-ci il soyqırımı  bolşeviklərin xatirələrində", "Yerevangeyt"dən ötən 15 il: qalmaqalın geosiyasi  nəticələri", "Azərbaycan Xalq Cümhuriyyəti  vətəndaşının xarici pasportu", habelə "Bethoven haqqında etüd",  "Azərbaycan Dövlət Rus Dram Teatrı: dünən və bu gün" sərlövhəli məqalələr və digər yazılar yer almışdır.

 

 Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 3.