Əli
ƏHMƏDOV: Digər ölkələrdə də Xocalı
soyqırımı ilə bağlı qətnamələrin qəbul
olunacağına inanırıq
Artıq Xocalı soyqırımı ilə əlaqədar dünyanın bir çox ölkələrində müvafiq sənədlər qəbul olunur. Kolumbiya Senatının Xocalı soyqırımını tanıması isə bu prosesin başlanğıcıdır.
AzərTAc xəbər verir ki, bu sözləri aprelin 24-də hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
"Kolumbiya Senatının Xocalı soyqırımını tanımasını müsbət qiymətləndiririk" deyən Əli Əhmədov qeyd etmişdir ki, istənilən haqsızlığa qarşı bəşəriyyət, ayrı-ayrı xalqlar öz haqq səslərini ucaltmalıdırlar.
Bunun ardınca digər ölkələrdə də bu cür qətnamələrin
qəbul olunacağına inandığını deyən hakim partiyanın sədr müavini
vurğulamışdır ki, Azərbaycan
cəmiyyəti və bütövlükdə xaricdə fəaliyyət
göstərən diaspor təşkilatlarımız
da bu istiqamətdə səylərini
artırmalıdırlar. Əgər yalan
və böhtan üzərində qurulan hər hansı ideologiya
yüz il ərzində
yaşayıbsa və onu yaşada
biliblərsə, o zaman
həqiqətən yaxın bir zamanda baş vermiş faciənin dünya
ictimaiyyəti tərəfindən əsl faciə kimi qəbul olunmaması yolverilməz hal olardı. Artıq bəşəriyyət bu reallığı dərk edir
və bunun əyani sübutu
Kolumbiya Senatının qəbul etdiyi qərardır.
Azərbaycan.- 2012.- 25 aprel.- S. 4.