Azərbaycanın xarici işlər naziri Londonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəkdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə getmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşü nəzərdə tutulmuşdur.

Bundan əlavə, nazir Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid LidinqtonBöyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 4.