Müdafiə Nazirliyinin mütəxəssisləri ilə ekspert qrupu arasında işçi görüşü keçirilir

 

 Müdafiə Nazirliyinin (MN) NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, aprelin 24-də MN-nin mütəxəssisləri ilə NATO-nun Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü başlanmışdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, aprelin 27-dək davam edəcək işçi görüşünün əsas məqsədi Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (İPAP) MTT üzrə qəbul edilmiş tərəfdaşlıq məqsədlərinin səmərəli həyata keçirilməsinə yardım etməkdən ibarətdir.

Tədbirdə Maddi-Texniki Təminat üzrə prosedurlar, nəzəri və praktiki aspektlər, MTT əməkdaşlıq sahəsi çərçivəsində hərbi təhsil və təlim, əldə edilmiş təcrübələrin qarşılıqlı öyrənilməsi kimi məsələlərə dair təcrübə mübadiləsi aparılır.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 6.