İngiltərəli
qonaqlar Gənclər və İdman Nazirliyində görüş
keçirmişlər
"Beynəlxalq İdman Həyəcanı İrsi" proqramının iki illiyi münasibətilə ölkəmizdə səfərdə olan ingiltərəli qonaqlar aprelin 24-də gənclər və idman naziri Azad Rəhimov ilə görüşmüşlər.
AzərTAc xəbər verir ki, nazir Azərbaycan idmançılarının qazandıqları uğurlardan danışmış, ölkəmizin mötəbər idman yarışlarını yüksək səviyyədə təşkil etdiyini və idmana dövlət tərəfindən göstərilən qayğı barədə qonaqlara məlumat vermişdir.
Bildirmişdir ki, idmançılarımız London Yay Olimpiya Oyunlarına 39 lisenziya qazanmışlar. İnanıram ki, lisenziyaların sayı 50-ni ötəcəkdir.
Ötən Olimpiya və Paralimpiya Oyunlarında atletlərimizin qazandığı nailiyyətləri diqqətə çatdıran A.Rəhimov Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqətdən danışmışdır.
Qonaqlar idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirmiş, Azərbaycanın artıq bir idman ölkəsinə çevrildiyini diqqətə çatdırmışlar. Ölkəmizə üçüncü dəfə səfər edən BBC-nin sabiq reportyoru, İngiltərə Futbol Assosiasiyasının sabiq icraçı direktoru Devid Devis ölkəmizdə idmanın inkişafı istiqamətində atılan addımların əhəmiyyətindən danışmış və atletlərimizin London Yay Olimpiya və Paralimpiya Oyunlarında uğurla iştirak edəcəklərinə inandığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, idmançıların uğur qazanması üçün Azərbaycanda hər cür şərait yaradılmışdır.
Qeyd edək ki,
"Beynəlxalq İdman Həyəcanı
İrsi"nin iki illiyi münasibətilə
ölkəmizdə bir sıra tədbirlər
keçirilir. Tədbirlərdə D.Devis, BBC-nin idman reportyoru, məşhur
atlet Kolin Cekson və "Beynəlxalq İdman
Həyəcanı" Proqramının regional
rəhbəri Elayas Musanqeya
da iştirak edirlər.
Azərbaycan.- 2012.- 25 aprel.- S. 8.