İsrail Dövlətinin Prezidenti
zati-aliləri cənab
Şimon Peresə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın
mənafeləri naminə
öz inkişafını
davam etdirəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost xalqınıza
sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 aprel 2012-ci il
Azərbaycan.- 2012.- 26 aprel.- S. 1.