Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramının və Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" təsdiq edilsin.

2. "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları" təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1.  üç ay müddətində:

3.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.3. Aviasiya Təhlükəsizliyi üzrə Respublika Komissiyasının tərkibi və onun Əsasnaməsi ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.4. "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın 14.1-ci və 17.1-ci bəndlərində nəzərdə tutulmuş aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı və keyfiyyətə nəzarət sahəsində milli proqramları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.5. həmin qaydaların 3.12.12-ci yarımbəndində nəzərdə tutulmuş liter reyslərinin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.6. həmin qaydaların 8.8-ci bəndində nəzərdə tutulmuş havada və yerdə olan hava gəmilərinin təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.7. həmin qaydaların 9.13.3-cü yarımbəndində nəzərdə tutulmuş hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.8. həmin qaydaların 10.3-cü  bəndində nəzərdə tutulmuş sərnişinlərə, onların əl yükü və baqajlarına baxış keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.9. həmin qaydaların 10.23.1-ci yarımbəndində nəzərdə tutulmuş həbs edilmiş şəxslərin hava gəmisində daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.10. həmin qaydaların 12.3-cü bəndində nəzərdə tutulmuş hava gəmisində silahın daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.11. həmin qaydaların 14.7.1-ci yarımbəndində nəzərdə tutulmuş aviasiya təhlükəsizliyi personalının seçilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.12. həmin qaydaların 15.22.3-cü yarımbəndində nəzərdə tutulmuş qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən istifadə qaydalarını, eləcə də bu xidmətlərə  görə haqqın ödənilməsi qaydasını və şərtlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.1.13. həmin qaydaların 5.7-ci bəndində nəzərdə tutulmuş buraxılış və obyektdaxili rejimlərin təşkili qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.14. həmin qaydaların 9.2.4-cü yarımbəndində nəzərdə tutulmuş aviasiya təhlükəsizliyi personalı üçün geyim formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.15. həmin qaydaların 13.3-cü bəndində nəzərdə tutulmuş aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi qaydalarını  təsdiq etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.16. həmin qaydaların 15.17-ci bəndində nəzərdə tutulmuş qanunsuz müdaxilə aktları ilə bağlı hava hərəkətinin idarə edilməsi qaydalarını təsdiq etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.17. həmin qaydaların 15.21.5-ci yarımbəndində nəzərdə tutulmuş partlayıcı qurğuların (maddələrin) zərərsizləşdirilməsi qaydalarını təsdiq etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.18. həmin qaydaların 17.7-ci bəndində nəzərdə tutulmuş yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və  onların seçilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək üçün zəruri tədbirlər görsün;

3.4.  bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının  Nazirlər Kabinetinə məlumat versin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 1.