“Narkoloji
xidmət və nəzarət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹9, maddə 577; 2002, ¹5, maddə 240; 2003, ¹12, I kitab, maddə 697; 2007, ¹6, maddə 560, ¹10, maddə 938; 2008, ¹7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi bu qanuna və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin, habelə fiziki və hüquqi şəxslərin vəsaiti hesabına həyata keçirilir.".
2. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"15.1. Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".
3. 16.2-ci və 23.5-ci maddələr ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 mart 2012-ci il
Azərbaycan.- 2012.- 26 aprel.- S. 2.