Azərbaycan
Respublikasının Nazirlər
Kabineti
qərar
¹ 89 Bakı şəhəri,
25 aprel 2012-ci il
"Məişət
zorakılığından zərər çəkmiş
şəxslərə yardım
mərkəzlərinin fəaliyyəti
Qaydası"nın və
"Məişət zorakılığından
zərər çəkmiş
şəxslərə qeyri-dövlət
yardım mərkəzlərinin
akkreditasiyası Qaydaları"nın
təsdiq edilməsi barədə
"Məişət
zorakılığının qarşısının alınması
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 1 oktyabr tarixli 331 nömrəli fərmanının 1.6-cı bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
"Məişət
zorakılığından zərər çəkmiş
şəxslərə yardım
mərkəzlərinin fəaliyyəti
Qaydası" və
"Məişət zorakılığından
zərər çəkmiş
şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası
Qaydaları" təsdiq
edilsin (1 və 2 nömrəli əlavələr).
Artur RASİZADƏ,
Azərbaycan Resrublikasının Baş
naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 25 aprel tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə
Məişət
zorakılığından zərər çəkmiş şəxslərə
yardım mərkəzlərinin
fəaliyyəti
QAYDASI
1. Ümumi müddəalar
1.1.
Bu Qayda "Məişət zorakılığının
qarşısının alınması haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 22 iyun tarixli 1058-IIIQ nömrəli
qanununun 19.6-cı maddəsinə əsasən
hazırlanmışdır və məişət
zorakılığından zərər çəkmiş
şəxslərə yardım mərkəzlərinin (bundan
sonra - yardım mərkəzləri) fəaliyyəti
qaydasını müəyyən edir.
1.2.
Yardım mərkəzləri - məişət
zorakılığından zərər çəkmiş
şəxslərə (bundan sonra - zərər çəkmiş
şəxslər) hüquqi, tibbi, psixi, sosial və digər
yardımın göstərilməsi məqsədi ilə
yaradılan dövlət və qeyri-dövlət
qurumlarıdır.
1.3.
Yardım mərkəzlərində şəxsiyyətin
konfidensiallığı təmin edilməklə, zərər
çəkmiş şəxsin xahişi
(razılığı) ilə ona zəruri yardım göstərilir,
müvəqqəti sığınacaqla, geyim və qida məhsulları
ilə təmin edilir.
1.4.
Yardım mərkəzləri hüquqi şəxsdir.
1.5.
Fiziki şəxslərin mənzillərindən onların
razılığı əsasında xeyriyyəçilik məqsədi
ilə yardım mərkəzi kimi istifadə oluna bilər.
2. Yardım mərkəzlərinin
yaradılmasının və maliyyələşdirilməsinin
əsasları
2.1.
Dövlət yardım mərkəzləri Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən təşkil
olunur. Dövlət yardım mərkəzlərinin maddi-texniki
təchizatı dövlət büdcəsi və qanunvericilikdə
nəzərdə tutulmuş digər mənbələr
hesabına həyata keçirilir.
2.2.
Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları,
digər qurumlar və şəxslər yardım mərkəzləri
yarada bilərlər.
2.3.
Yardım mərkəzləri
Azərbaycan Respublikasının qanunvericiliyinə və
yardım mərkəzinin Nizamnaməsinə uyğun olaraq idarə
edilir.
2.4.
Yardım mərkəzlərinə direktor rəhbərlik edir.
2.5.
Yardım mərkəzlərinin işçilərinin işə
qəbul və işdən azad edilməsi Azərbaycan
Respublikasının əmək qanunvericiliyinə uyğun
olaraq həyata keçirilir.
3. Yardım mərkəzlərinin
fəaliyyəti
3.1.
Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
3.1.1.
zərər çəkmiş şəxsləri hüquqi və
(və ya) tibbi yardımla təmin etmək:
3.1.1.1.
zərər çəkmiş şəxslərin
hüquqlarının bərpa edilməsi üçün
hüquqi yardım göstərmək;
3.1.1.2.
pozulmuş və yaxud itirilmiş funksiyaların bərpasına
yönəldilmiş müalicəvi tədbirləri həyata
keçirmək, onların xəstəliyinin,
alınmış xəsarətlərin nəticələrini
aradan qaldırmaq, psixoloji, fizioloji və anatomik pozuntuları
tam və ya qismən bərpa etmək;
3.1.2.
zərər çəkmiş şəxslərin işlə
təmin edilmələrinə, yeni peşələrə yiyələnmələrinə
kömək göstərmək;
3.1.3.
zərər çəkmiş şəxslər
üçün psixoloji reabilitasiya kursu təşkil etmək;
3.1.4.
zərər çəkmiş şəxslərin sosial
müdafiəsi üçün müvafiq sənədlərin
hazırlanmasında və ya sosial müavinətlərin
alınmasında kömək göstərmək;
3.1.5.
zərər çəkmiş şəxsləri müvəqqəti
sığınacaqla təmin etmək;
3.1.6.
zərər çəkmiş şəxslərin ailələrində
normal həyat tərzinin bərpa edilməsi üçün
tədbirlər həyata keçirmək;
3.1.7.
məişət zorakılığı ilə bağlı
müvafiq qabaqlayıcı tədbirlər həyata
keçirmək;
3.1.8.
zərər çəkmiş şəxslərin
qarşılıqlı yardım qruplarını təşkil
etmək;
3.1.9.
zərər çəkmiş şəxslərin sosial
müdafiəsi ilə bağlı digər tədbirlərin həyata
keçirilməsini təmin etmək.
3.2.
Dövlət yardım mərkəzlərinin göstərdiyi
xidmətlər ödənişsizdir.
3.3.
Bu Qaydanın 3.1.1-ci, 3.1.2-3.1.4-cü, 3.1.7-ci yarımbəndlərində
qeyd edilən xidmətlər qeyri-dövlət yardım mərkəzləri
tərəfindən ödənişsiz göstərilir.
3.4.
Qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti
qeyri-kommersiya xarakteri daşıyır. Qeyri-dövlət
yardım mərkəzləri zərər çəkmiş
şəxslərə yardımla bağlı maliyyə
qazancı və ya hər hansı başqa mənfəət əldə
edə bilməz.
3.5.
Yardım mərkəzlərində zərər çəkmiş
şəxslərə yardım göstərmək məqsədi
ilə hər bir şəxs üçün fərdi
yardım planı tərtib edilir.
3.6.
Zərər çəkmiş şəxslərə fərdi
yardım planı aşağıdakı qurumlar tərəfindən
həyata keçirilir:
3.6.1.
hüquqi, ilkin tibbi və psixoloji yardım - yardım mərkəzləri tərəfindən;
3.6.2.
ixtisaslaşdırılmış tibbi yardım - Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən;
3.6.3.
məişət zorakılığından zərər
çəkmiş şəxslərin işlə təmin
edilməsi, yeni peşələrə yiyələnməsi,
sosial müdafiəsi ilə bağlı digər tədbirlər
- yardım mərkəzləri və Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən;
3.6.4.
zərər çəkmiş şəxslərin təhsilinin
davam etdirilməsi - yardım mərkəzləri və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən.
3.7.
Zərər çəkmiş uşaqlar yardım mərkəzində
3 (üç) ay müddətinədək, digər zərər
çəkmiş şəxslər isə 2 (iki) ay müddətinədək
öz xahişləri, cinayət təqibini həyata
keçirən orqanın və ya məişət
zorakılığı barədə şikayətə baxan
orqanın göndərişi əsasında
sığınacaqla təmin oluna bilərlər.
Sığınacaqla təminetmə zərər çəkmiş
şəxsin və ya onun qanuni nümayəndəsinin
razılığı ilə həyata keçirilir. Uşaq sığınacaqda
yerləşdirilərkən onun hüquq və mənafelərini
müdafiə edən şəxsin iştirakı təmin
edilməlidir. 10 yaşından böyük uşaqların məsələyə
dair münasibəti öyrənilir və nəzərə
alınır.
3.8.
Zərər çəkmiş uşaqlar barədə
yardım mərkəzləri tərəfindən dərhal yardım
mərkəzinin yerləşdiyi ərazinin qəyyumluq və
himayə orqanına, Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə Komissiyaya və Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinə məlumat verilir.
3.9.
Yardım mərkəzlərində uşaqlar
sığınacaqla ayrıca təmin edilirlər.
Uşağın mənafeyi nəzərə alınaraq, o,
sığınacaqda valideynləri ilə (uşağın
valideynləri tərəfindən məişət
zorakılığına məruz qalmasına güman edildiyi
hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna
müsbət təsir göstərən digər şəxslərlə
də yerləşdirilə bilər. Burada uşaqlara təhsillərini
davam etdirmək, valideynləri ilə (uşağın
valideynləri tərəfindən məişət
zorakılığına məruz qalmasına güman edildiyi
hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq
imkanı yaradılır.
3.10.
Yardım mərkəzində nəzərdə tutulmuş
bütün xidmətlər və tədbirlər ilkin olaraq
uşaqların maraq və ehtiyaclarına
uyğunlaşdırılmalı, uşağın
yaşı, kamillik və fərdi psixoloji inkişaf səviyyəsi
nəzərə alınmaqla, hüquqları və göstəriləcək
xidmətlər barədə məlumatlar uşaqların dərk
edəcəyi formada verilməlidir.
3.11.
Yardım mərkəzlərində sığınacaqla təmin
edilmiş məişət zorakılığından zərər
çəkmiş şəxslərə telefonla
danışmaq və tərcüməçinin xidmətlərindən
istifadə etmək imkanı yaradılır. Konfidensial
söhbət aparılması üçün bu mərkəzlərdə
xüsusi yerlər ayrılır.
3.12.
Yardım mərkəzlərində zərər çəkmiş
şəxslərə layiqli həyat şəraitinin
yaradılması, onların həyatının,
sağlamlığının, hüquq və
azadlıqlarının, təhlükəsizliyinin qorunması
təmin edilir.
3.13.
Yardım mərkəzlərində həftənin
bütün günlərində (24 saat ərzində) telefon
yardım xətti fəaliyyət göstərir.
3.14.
Yardım mərkəzlərində daxili intizam
qaydalarını qərəzli şəkildə pozan şəxslər
mərkəzin müdiriyyəti tərəfindən
vaxtından əvvəl yardım mərkəzində
verilmiş sığınacaqdan çıxarılırlar.
4. Yekun müddəalar
4.1.
Şəxs barəsində məişət
zorakılığının törədilməsi faktı və
zərər çəkmiş şəxslərə
yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı
barəsində müəyyən edilmiş məlumatlar
konfidensial hesab olunur.
4.2.
Zərər çəkmiş şəxslərə
yardımın göstərilməsi zamanı məlumatların
konfidensiallığı, şəxsi və ailə sirrinin
yayılmaması təmin edilməlidir.
4.3.
Yardım mərkəzləri məişət
zorakılığı ilə bağlı məlumat
bankını aparan orqana məişət
zorakılığı halları üzrə qanunvericiliklə
müəyyən edilmiş məlumatları təqdim edir.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 3.