“Azərbaycan
2020: gələcəyə baxış - Gəncliyin düşüncələri” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Aprelin 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "Azərbaycan 2020: gələcəyə baxış - Gəncliyin düşüncələri" mövzusunda "dəyirmi masa" keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, YAP-ı Milli Məclisdə təmsil edən deputatlar və partiyanın gənc üzvləri iştirak etmişlər.
"Dəyirmi masa"nı açan YAP
Gənclər Birliyinin
sədri Seymur Orucov qeyd etmişdir
ki, Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 29-da "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanması
barədə" sərəncam
imzalamışdır. Tədbirin məqsədi həmin
konsepsiyanın hazırlanmasında gənclərin
düşüncələrinin və təkliflərinin
nədən ibarət
olduğunu öyrənməkdir.
Tədbir çərçivəsində
informasiya-kommunikasiya, həmçinin
sosial sahələr ilə
bağlı gənclərin təklifləri müzakirə
olunacaqdır. Müvafiq təkliflər
daha sonra layihə
şəklinə salınacaqdır.
Gənclər
və idman nazirinin müavini İntiqam Babayev, Türkdilli
Ölkələrin Parlament Assambleyasının baş katibi
Ramil Həsənov, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Siyasi təhlil və informasiya təminatı
şöbəsinin sektor müdiri Fərhad Məmmədov, Gənclər
və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin
müdiri, Gənclər Fondunun icraçı direktoru Fərhad
Hacıyev, Milli Məclisin deputatları Məlahət
İbrahimqızı və Fuad Muradov "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətindən
danışmışlar. Bildirilmişdir ki, konsepsiya nəzərdə
tutulan illər ərzində Azərbaycanın daha yüksək
inkişafa malik dövlətə çevrilməsinə,
sosial-iqtisadi həyatın daha dinamik tərəqqisinə təkan
verəcəkdir. Ölkəmizdə informasiya-kommunikasiya
texnologiyalarının, turizmin və kənd təsərrüfatının
yeni modellər üzrə inkişaf etdirilməsi,
insanların həyat şəraitinin daha da
yaxşılaşdırılmasında mühüm rol
oynayacaqdır.
Qeyd edilmişdir ki, hazırda konsepsiya təkcə dövlət qurumlarında deyil, eləcə də ictimaiyyət arasında, vətəndaş cəmiyyəti institutlarında, siyasi partiyaların və təşkilatların iclaslarında geniş müzakirə olunur. Belə tədbirlərin məqsədi konsepsiyanın hazırlanmasına dair verilən təklifləri ölkəmizin gələcək inkişafını davamlı təmin edən mükəmməl formaya salmaqdan ibarətdir.
Gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştirakını ölkəmizin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan natiqlər qeyd etmişlər ki, Azərbaycan gəncliyinin potensialının üzə çıxarılmasına, ölkə daxilində və beynəlxalq aləmdə onun fəaliyyətinə geniş yer verilməlidir. Azərbaycan 2020-ci il üçün inkişaf edən ölkələr sırasına daxil olmağı qarşısına məqsəd qoymuşdur. Bu istiqamətdə gənclərin üzərinə böyük iş düşür.
Sonda gənclər
rəy və təkliflərini
bildirmişlər.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 6.