“The Huffington Post”: “Azərbaycanın
sirli-sehrli cazibəsi”
Bu yaxınlarda Azərbaycanın paytaxtı
Bakı şəhərində
olmuş ABŞ-ın
məşhur "The Huffington Post" qəzetinin reportyoru Pol Stil "Azərbaycanın
sirli-sehrli cazibəsi" məqaləsində öz təəssüratlarından danışmışdır. AzərTAc həmin məqaləni
təqdim edir.
* * *
"Azərbaycana çatan kimi dərhal başa düşdüm ki,
bu, çox
qonaqpərvər ölkədir.
Lakin maraqlı kəşflər məni hələ
qabaqda gözləyirdi.
Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə həmsərhəddir. Bura böyük
tarixə və mədəni müxtəlifliyə
malik bir ölkədir.
Ölkə Sovet İttifaqı
dağılandan sonra sürətlə inkişaf
etmişdir.
Azərbaycan tərəqqi
etməsi ilə qürur duyur. Ölkənin paytaxtı Bakı
Xəzər dənizinə
füsunkar mənzərə
açılan şəhərdir.
Onu bakılılar fəxrlə
dünyanın ən böyük gölü adlandırırlar.
Azərbaycan əsas etibarilə
islam ölkəsidir.
Lakin bu ölkədə bütün
dinlərin nümayəndələrinin
bir-birinə qarşılıqlı hörmət
bəsləməsi qürurverici haldır.
Azərbaycan müsəlman Şərqində
qadınlara seçib-seçilmək
hüququ vermiş
ilk ölkədir.
O bu məsələdə
hətta mənim doğma İngiltərəmi geridə
qoymuşdur.
Bakını gəzib-dolaşmaq tarixə
səyahət etmək deməkdir.
Mərkəzdə qədim
sarayları, uca divarları və bəziləri XI əsrə aid olan gözəl məscidləri
olan İçərişəhər yerləşir.
Bu heç də turistləri cəlb etmək üçün xəyali muzey deyil, şəhərin öz ənənələri
ilə birlikdə
normal həyatını yaşayan tarixi hissəsidir.
Şəhərin müasir hissəsində memarlıq möcüzələri
yan-yana düzülmüşdür. XX əsrin
əvvəlində burada
yaşayan Nobel qardaşları Bakının simasına Avropa yenilikləri gətirmişdilər.
Bakının bəzi
küçələrində dolaşarkən elə təəssürat yaranır
ki,
indi Parisdəsən
və futurist üfüqlərə
doğru gedirsən.
Təbiətin möcüzələrini qiymətləndirmək üçün şəhərdən çox uzaqlaşmağa ehtiyac yoxdur. Dünyada palçıq vulkanlarının
70 faizi Azərbaycanda
yerləşir və onların necə püskürdüyünü görmək
unudulmaz təəssürat
doğurur. Qobustanda 6 mindən çox qayaüstü şəkil
vardır.
Odlar yurdu Azərbaycan bərəkətli
torpaqdır. Qərb ilə Şərq arasında qapı rolunu oynayan bu torpaqda yüzilliklər
boyu yerin təkindən çıxan
təbii qaz valehedici
mənzərə yaradaraq
və hindli atəşpərəstləri cəlb
edərək alovlanıb-yanır".
Azərbaycan.- 2012.- 26 aprel.- S. 6.