Hərbi qanunvericiliyin təkmilləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılmışdır
Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Ukrayna Prokurorluğunun Hərbi Prokurorluqlar Baş İdarəsinin rəisi Yuri Viytev ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə hərbi qanunvericiliyin təkmilləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
Nazir Səfər Əbiyev ukraynalı qonağı regionda hərbi-siyasi durum və Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırmışdır.
Görüşdə Azərbaycanın hərbi
prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev iştirak etmişdir.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 6.