Bakıda Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr mövzusunda seminar işə başlamışdır

 

Aprelin 25-də Bakıda Azərbaycan-ABŞ planına əsasən "Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr" mövzusunda seminar işə başlamışdır.

İki gün davam edəcək seminarı giriş sözü ilə Müdafiə Nazirliyinin  Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov və Marşal Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktorunun müavini səfir Canet Qarmey açmışlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, seminarda Silahlı Qüvvələr üzərində demokratik nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə əsaslanan tərəfləri barədə müzakirələr aparılır.

Azərbaycan, Almaniya, Böyük Britaniya, Litva, Rumıniya və Bolqarıstanın,  eləcə də ATƏT və Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları seminarda çıxış etmiş, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparmışlar.

 

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 6.