Azərbaycanın əməkdar artisti Fidan Hacıyevaya klassik italyan musiqisinin təbliğindəki xidmətlərinə görə Sülhməramlı səfir diplomu təqdim edilmişdir

 

 Onun könülləri oxşayan, bənzərsiz və məlahətli səsinin sorağı bu dəfə də uzaq İtaliyadan gəldi. Həmişə olduğu kimi, yenə də onu dinləməyə gələnlərin sayı nəzərdə tutulduğundan qat-qat çox idi. Hamı səbirsizliklə onun səhnəyə çıxacağı anı gözləyirdi.

İtaliyanın Berqamo şəhərindəki Donisetti adına teatrda təşkil edilmiş "Gran Gala" konsertinə həmyerlimizi məşhur italyan dirijorupianoçusu Stefano Miceli dəvət etmişdi. Bu səbəbdən də  Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, Beynəlxalq müsabiqə laureatı, əməkdar artist  Fidan Hacıyevanın çıxışı bütün tamaşaçılar üçün gözlənilməz idi. Axı, onu italyanlar çoxdan tanıyır və sevirlər...

Həmişəki kimi o, bu dəfə də səhnəyə böyük sevgi ilə çıxdı. Elə ilk ifadan tamaşaçı sevgisinin tükənməzliyini ona ünvanlanan alqışlardan duyub hiss etdi. F.Hacıyeva ona ayrılmış vaxtda əsl vətənpərvər olmasını bir daha nümayiş etdirməyi bacardı. İlk dəfə olaraq İtaliya Simfonik Orkestrinin müşayiəti ilə yeni əsərləri -  "Odlar Yurdu" və "Bahar yağışı"nı ifa etdi. Azərbaycan və italyan dillərində oxuyan Fidan xanım dinləyicilərin nəzərlərində doğma Vətəninin "portretini" cıza bildi. O, konsert zamanı Azərbaycan və dünya bəstəkarlarının əsərlərini də böyük ustalıq və məharətlə dinləyiciyə çatdırmağı bacardı. Konsertin son anları isə onun üçün gözlənilməz oldu. Festivalın təşkilatçıları Fidan Hacıyevanı klassik italyan musiqisinin təbliğindəki xidmətlərinə görə "Sülhməramlı səfir" diplomu ilə təltif etdilər. Bununla da o, doğma Azərbaycana şərəf və şöhrət gətirən böyük bir uğura imza atmış oldu.

Yuxularından birinin də gerçəkləşdiyini söyləyən Fidan Hacıyeva deyir: "Bu, təkcə mənim deyil, bütünlükdə Azərbaycanın uğurudur. Bu gün dünyanın hansı səhnəsində çıxış edirəmsə, ilk olaraq Vətənimi düşünüronun musiqisini təbliğ etməyimlə qürur duyuram. Əgər az da olsa, mənsub olduğum xalqı tanıda bilirəmsə, bu mənim üçün böyük fəxrdir".

Qeyd edək ki, bu günlər ümumilikdə Azərbaycan musiqisinin və mədəniyyətinin təbliği baxımından olduqca əlamətdar olmuşdur. Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyada Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. İtaliyanın bir çox şəhərlərində təşkil edilmiş Azərbaycanla bağlı möhtəşəm tədbirlərdə ölkəmizi təmsil edən sənətçilər sırasında Fidan Hacıyeva da olmuşdur.

O, bu səfərlə bağlı təəssüratlarını belə bölüşür: "Çox şadam ki, ilk dəfə İtaliyada təşkil olunmuş belə tədbirlərdə mənim də iştirakım məqsədəuyğun hesab edildi. İlk növbədə mənə bu şəraiti yaratdığına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin təbliği və inkişafı baxımından gördüyü işlər bizim kimi sənətçilərin daha geniş coğrafiyada tanınmasına təkan verir. Buna görə də hər zaman çalışmalıyıq ki, onun etimadını doğruldaq və Azərbaycan musiqisinin təbliğinə öz töhfəmizi verək. Belə hesab edirəm ki, Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə bizim İtaliyadakı konsertlərimiz bu baxımdan olduqca səmərəli keçmişdir".

Hələ uşaq yaşlarından doğma musiqimizə hədsiz sevgi ruhunda böyümüş Fidan xanımın bu məhəbbəti, bu istəyi sonradan ölməz klassik musiqini də dərindən anlamağaqavramağa imkan vermişdir. Bununla belə, onun repertuarında mürəkkəb opera partiyaları ilə yanaşı, xalqestrada mahnıları, romanslar da vardır.

Fidan Hacıyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano sinfində təhsil aldığı illərdə sənət eşqi onu Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki xora gətirib çıxarmış və onun opera səsinə malik olması burada üzə çıxmışdı. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alması öz bəhrəsini vermişdir. Konservatoriyada onun müəllimi olmuş professor Hüseyn Əliyev Fidanın həyatında, sözün həqiqi mənasında, əvəzsiz rol oynamışdır.

Fidan Hacıyeva opera teatrının solisti olanda cəmi 19 yaşı vardı. O vaxt o, Jorj Bizenin eyniadlı operasında Karmenin rəfiqəsi Mersedesin partiyasını yaratmışdır. Cəmi iki il sonra isə ona artıq Karmenin çox mürəkkəb partiyasını etibar etdilər Fidan Hacıyeva bu rolun ən gənc ifaçısı oldu. Karmen rolu gənc müğənni üçün bir növ vizit vərəqəsinə çevrilmişdir. Məsələn, Türkiyənin Mersin Opera Balet Teatrının dəvəti ilə o, Mersində, həmçinin İstanbul, İzmir, Ankara teatrlarının səhnələrində Karmen rolunu ifa etmişdir.

Onun ən yaddaqalan çıxışı isə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində, açıq səma altında, opera sənətinin biliciləri həvəskarları olan ən incə zövqlü 15 min tamaşaçının toplaşdığı günlə bağlıdır.

1998-ci ildə Fidan Hacıyeva SSRİ xalq artisti İrina Arxipovanın vokal üzrə ustad dərsləri sinfində oxumuşdur.

Gənc müğənni avropalı müəlliflərin, italyan bəstəkarlarının ariyaları ilə yanaşı, dahi Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Müslüm Maqomayev digər görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini böyük məharətlə ifa edir.

Fidan oxuyanda sanki göylər oxuyur, səma musiqisi səslənir, insan qəlbinin telləri onun səsi ilə həmahəng titrəməyə başlayır. Çünki Fidan bütün qəlbi, bütün varlığı ilə oxuyur, səs çalarlarının özəlliyini, tələffüz etdiyi hər bir sözün mənasını, hər bir ahəngi dinləyiciyə çatdırmağa çalışır.

Belə bir inanc vardır ki, ulu Tanrı istedadı, səsi hər kəsə deyil, əvvəlki həyatında Yaradanın qanunları ilə yaşamış, bir sözlə, əməlisaleh, təmiz qəlbli insanlara bəxş edir. Fidan xanımla söhbətdən sonra bu fikrə inanmağa başlayırsan: O, həm təvazökar, həm incə təbiətli, həm son dərəcə istedadlıdır. İnsana xas olan bütün nəcib cəhətlər onda üzvi şəkildə cəmləşmişdir.

"Mən zəif müğənnilər arasında hamıdan yaxşı olmaq istəmirəm, mən həm səsdə, həm temperamentdə güc hiss etməliyəm. Tərəf-müqabilim zəifdirsə, onunla birgə çıxış etmək mənim üçün maraqsız olur", - deyən müğənni gənc istedadlarla işləməyi xoşlayır. O, Azərbaycan opera səhnəsində "Aida"da Amneris, "Trubadur"da Azuçena, "Riqoletto"da Maddalena, Cüzeppe Verdinin "Traviata"sında Flora, Cakomo Rossininin "Seviliya bərbəri"ndə Rozina, Maskanyinin "Kənd namusu" əsərində Santuttsi, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasında Asya, Fikrət Əmirovun "Sevil" operasında Gülüş obrazlarını yaratmışdır.

Sənətçi deyir ki, bir neçə ölkədə geniş konsert proqramları ilə çıxış etmək niyyətindədir. Artıq bununla bağlı təkliflər almışdır. Eyni zamanda, italyan dirijoru pianoçusu Stefano Miceli Azərbaycana gətirməyi düşünür.

 İnanırıq ki, məqsədi, məramı Azərbaycan musiqisini dünyada  təbliğ etmək olan Fidan Hacıyeva bir-birindən parlaq çıxışları ilə qədim Odlar Yurdunun sənət şöhrətini göylərə qaldıracaq, tamaşaçılar isə onun ifasını hər zaman ayaq üstə alqışlayacaqlar. Biz bu yolda ona bir daha uğurlar arzulayırıq.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 10.