Finlandiya Parlamentində Finlandiya-Azərbaycan
dostluq qrupu
yaradılmışdır
Aprelin 25-də Finlandiya Respublikasının Parlamentində Finlandiya-Azərbaycan dostluq qrupu yaradılmışdır.
Azərbaycanın İsveçdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin İsveç, Norveç və Finlandiyadakı səfiri Rafael İbrahimov Finlandiya Parlamentində Finlandiya-Azərbaycan dostluq qrupunun yaradılması mərasimində iştirak etmişdir.
R.İbrahimov mərasimdə "Azərbaycan dövləti" mövzusunda məruzə ilə çıxış etmişdir. Səfir Azərbaycan xalqının zəngin mədəni irsi, müasir iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iştirakçılara ətraflı məlumat vermişdir. Azərbaycanlı diplomat daha sonra parlament üzvlərinin suallarını cavablandırmışdır.
Qeyd edək
ki, qrupa 10 deputat daxildir. İclasda Milli Koalisiya
Partiyasının üzvü, deputat Eero Lehtini qrupun sədri,
Finlandiya Parlamentinin üzvü, Helsinki Universitetinin Aleksantere
İnstitutunun münaqişələr üzrə tədqiqatçısı,
xanım Elizabet Nokler isə sədr müavini
seçilmişlər.
Mərasimdə
həmçinin Azərbaycan və Finlandiya Parlamentləri
arasında gələcək əməkdaşlıq da
müzakirə olunmuşdur.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 10.