Avropalı gənclər
ARGTMŞ-in layihəsini müzakirə
etmişlər
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Gənclər Forumunun (AGF) Belçikanın paytaxtı Brüsseldə keçirdiyi məclisdə ölkəmizi təmsil etmişdir.
ARGTMŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, toplantıda müxtəlif ölkələrin AGF-yə üzv olan gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Məclisdə avropalı gənclər ARGTMŞ-in internet idarəçilik forumu çərçivəsində yeni media ilə bağlı tədbirlərin keçirilməsi layihəsini müzakirə etmişlər. Vurğulanmışdır ki, bu layihə gənclərin ictimai fəallığını artıran əsas mexanizmlərdən biridir və belə tədbirlərdə Avropa gənclərinin iştirakı vacibdir.
Xatırladaq ki, 2000-ci ildən
ARGTMŞ 100 gənclər təşkilatını birləşdirən
AGF-nin yeganə, tamhüquqlu
üzvüdür.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 11.