Cənubi Afrika Respublikasının Prezidenti zati-aliləri cənab Ceykob Gedleyihlekisa Zumaya

 

Hörmətli cənab Prezident!

 

Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizibütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında münasibətlərin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı,13 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 1.