“Azərbaycan Respublikası ilə
Gürcüstan arasında dövlət sərhədinin
delimitasiyası və demarkasiyası üzrə Dövlət
Komissiyası haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli
966 nömrəli sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 6, maddə 373; 2005, ¹6, maddə 496) 1-ci hissəsində "Nağıyev Əli - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini" sözləri "Əsədov Hilal Mirzəli oğlu - milli təhlükəsizlik nazirinin müavini" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının tərkibində edilmiş dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 27 aprel.- S. 1.