Əli HƏSƏNOV:
Azərbaycan-İran münasibətlərini pozmaq istəyənlər
məqsədlərinə çatmayacaqlar
Azərbaycan-İran münasibətlərini pozmaq istəyənlər məqsədlərinə çatmayacaqlar. Bu məlumat Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun aprelin 16-da "Lider TV"yə müsahibəsində Azərbaycan-İran münasibətlərinə dair söylədiyi fikirləri əsasında İRNA-nın rəsmi saytında verilmiş informasiyada yer almışdır. İnformasiyada professor Əli Həsənova istinadla yazılır ki, Azərbaycan-İran münasibətlərini pozmaq istəyənlər heç vaxt öz məqsədlərinə çata bilməyəcəklər. Çünki həm Azərbaycan, həm də İran rəsmiləri bu cür informasiyalar yayan mətbuat orqanlarının məqsədini yaxşı başa düşürlər.
Sabir ŞAHTAXTI
Azərbaycan.- 2012.- 27 aprel.- S. 3.