Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 26-da bu ölkənin Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqton ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanmış və bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. 

Ölkəmizin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında rolundan, Azərbaycanın və Böyük Britaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarından da danışılmış görüşdə Avropaya inteqrasiya prosesi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Sonda tərəflər Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin gələcəkdə müxtəlif sahələr üzrə daha da genişlənəcəyinə ümidvar olduqlarını bildirmişlər. 

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 3.