Azərbaycan Diplomatik Akademiyası Peşəkar Korporativ Proqramına başlayır

 

 Azərbaycan Diplomatik Akademiyası (ADA) dövlət qulluqçuları özəl sektorda çalışan mütəxəssislər, menecerlər icraçı direktorlar üçün nəzərdə tutulmuş Peşəkar Korporativ Proqramının həyata keçirilməsinə başlamışdır.

ADA-dan AzərTAc-a bildirmişlər ki, kurslar açıq qeydiyyat xüsusi proqramlar vasitəsilə, strategiya, insan resursları, marketinq, maliyyə, biznes etikası kommunikasiya bacarıqları sahəsində olacaqdır. Açıq qeydiyyat proqramı istənilən şirkət təşkilatın əməkdaşlarına açıq olacaqdır. Xüsusi proqramlar isə bir təşkilatın spesifik təlim ehtiyaclarına uyğunlaşdırılaraq hazırlanacaqdır. 

Bütün Peşəkar Korporativ Proqramlar, ADA-nın xarici universitetlərin professorları, Azərbaycanın özəl dövlət sektorunun peşəkarları, o cümlədən Avropa, ABŞ regionumuzun aparıcı ekspertləri tərəfindən tədris olunacaqdır. Təlimlər həm Azərbaycan, həm ingilis dillərində aparılacaqdır. Təlim kurslarının sonunda iştirakçılar ADA-nın sertifikatını alacaqlar.

İlkin peşəkar korporativ proqramlar - "İnsan resurslarının idarə edilməsi" mayın 29-31-də, "Menecerlər üçün kommunikasiya bacarıqları" isə iyunun 7-8-də keçiləcəkdir.

Qeyd edək ki, 2007-ci ildən etibarən ADA-nın ixtisasartırma kursları 600 azərbaycanlı və xarici dövlət qulluqçularına müxtəlif mövzuda təlim və sertifikat proqramları keçirmişdir.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 3.