Azərbaycan ilə
Sinqapur arasında əmək və məşğulluq
sahəsində əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti əmək ehtiyatlarının inkişafı, o cümlədən peşə standartlarının hazırlanması və tətbiqi üzrə Sinqapurun əldə etdiyi müsbət təcrübənin öyrənilməsi məqsədi ilə bu ölkədə səfərdədir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Sinqapurun insan inkişafı, o cümlədən onun əsas komponenti olan əmək ehtiyatlarının inkişafı ilə bağlı strategiyaları, idarəetmə sistemi, bu sistemin tətbiqi ilə bağlı təcrübəsi öyrənilir.
Nazir Füzuli Ələkbərov Sinqapurun insan resursları naziri Tan Çuan-Jin ilə görüşmüşdür. F.Ələkbərov Azərbaycanda uğurla həyata keçirilən islahatlar və insan inkişafı ilə bağlı ətraflı məlumat vermişdir.
Tan Çuan-Jin Sinqapurda insan resurslarının inkişafı ilə bağlı həyata keçirilən siyasət, əmək bazarının monitorinqi, idarəetmə və ölkə üzrə bu sahədə əlaqələndirmə fəaliyyətinə dair müvafiq məlumat təqdim etmişdir.
Görüşdə iki ölkə arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair geniş müzakirələr aparılmışdır.
Nümayəndə heyəti Sinqapur İnsan Resursları Nazirliyinin fəaliyyəti ilə də yaxından tanış olmuşdur.
Səfər çərçivəsində
nümayəndə heyəti İnsan
Resursları Nazirliyi nəzdində fəaliyyət
göstərən Sinqapur İşçi
Qüvvəsinin İnkişafı Agentliyində görüş keçirmişdir.
Görüşdə əmək bazarı üçün rəqabətqabiliyyətli işçi qüvvəsinin, peşə və
təlim standartlarının hazırlanması və tətbiqi,
habelə işçi qüvvəsinin
keyfiyyətinin qiymətləndirilməsinə dair
geniş fikir
mübadilələri aparılmışdır.
Azərbaycan.- 2012.- 27 aprel.- S. 4.