Dağıstan Respublikası Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır

 

Rusiya Federasiyasının Dağıstan Respublikası Baş nazirinin müavini Rizvan Qazımaqomedovun başçılığı ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində aprelin 26-da Bakıda Azərbaycan-Dağıstan biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə danışmışdır. Bildirilmişdir ki, sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, respublikamızda sahibkarlıq fəaliyyəti genişlənmiş, biznesinvestisiya mühiti daha da yaxşılaşmışdır.

Rusiya Federasiyası Dağıstan Respublikası Baş nazirinin müavini Rizvan Qazımaqomedov təmsil etdiyi respublikanın Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Dağıstana investisiya qoyuluşu imkanları barədə məlumat vermişdir.

Tədbirdə Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından söz açılmış, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyəti qeyd olunmuşdur.

AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznesinvestisiya mühiti barədə təqdimatla çıxış etmişdir.

Sonra Azərbaycanın və Dağıstanın iqtisadiyyatları, biznesinvestisiya  imkanları barədə təqdimatlar olmuşdur.

İş adamları arasında keçirilən görüşlərdə işgüzar əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.

Səfər çərçivəsində Dağıstan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında, Binə qəsəbəsindəki "Qrintek" istixana kompleksində istehsal prosesi ilə tanış olacaqlar.

Qonaqlar Azərbaycanın turizm imkanları və müasir texnologiyalara əsaslanan müəssisələrin fəaliyyəti ilə tanış olmaq üçün Qəbələ və Xaçmaz rayonlarına səfər edəcəklər.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 4.