İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı dövlətin bu sahəyə diqqətinin göstəricisidir

 

 Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1999-cu ildə yaradılmış və özünün elmi-praktiki fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasında, BMT-nin İnsan Hüquqlarına dair Ümumi Bəyannaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında, insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə təsbit olunmuş siyasi, mülki, iqtisadi, sosial və mədəni hüquqları tədqiq edir, bu sahədə beynəlxalq təcrübənin milli hüquqa tətbiqi və Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişafı kontekstində insan hüquq və əsas azadlıqları problemlərinin öyrənilməsi sahəsində ixtisaslaşmışdır. İnstitut öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar tapşırılmış elmi işləri yerinə yetirir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu icra orqanı kimi qeyd olunmuşdur. 2011-ci il ərzində Milli Fəaliyyət Proqramına uyğun olaraq institut tərəfindən bir sıra tədbirlər icra olunmuşdur.

Milli Fəaliyyət Proqramının "Etnik azlıqların mədəni irsinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi" adlı 11-ci bəndinə uyğun olaraq "Mesxeti türklərinin mədəni irsinin qorunub saxlanılmasına dair" keçirilən elmi-praktiki konfransda Gürcüstana qayıdacaq türklərin mədəni irsinin qorunması üçün görüləcək tədbirlər müzakirə olunmuş və təkliflər verilmişdir. Göstərilmişdir ki, Mesxeti türkləri sürgün olunduqdan sonra onların yerinə yerləşdirilən ermənilər türklərə məxsus "mədəni və tarixi abidələri" erməniləşdirmiş, ya da məhv etmişlər. "Azərbaycanın şimal bölgəsində yaşayan azsaylı xalqların mədəni irsinin qorunması haqqında" elmi-praktiki konfransda məruzələr edib, Rusiyanın kütləvi-informasiya vasitələrində ləzgilərin və digər azsaylı xalqların mədəni irsinin qorunmaması barəsində qızışdırıcı materiallara cavab verilmişdir. Bu materialların əsassız olduğunu institut əməkdaşları tədqiqatları ilə konfrans iştirakçılarına sübut edə bilmişlər.

MFP-nin "İnsan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikası məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması" adlı 28-ci bəndinə uyğun olaraq institut rəhbərliyi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə üzrə şöbəsinin müdiri Fuad Ələsgərov, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, səfir Yanoş Lenarçiç (Polşanın paytaxtı Varşava şəhərində), ATƏT-in Bakı ofisinin keçmiş və hazırkı rəhbərləri səfir Bilge Cankorel və səfir Koray Tarqay ilə dəfələrlə görüşlər  keçirmiş və ATƏT-in institutla birgə iki layihə üzrə əməkdaşlığına dair razılıq əldə edilmişdir. Ötən il noyabr ayının 16-17-də institutun ATƏT, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Prokurorluğu, Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Vəkillər Kollegiyası ilə birgə "Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması" mövzusunda beynəlxalq simpozium və seminarın keçirilməsi görülən təşkilati işlərin yekunu və layihələrin başlanğıcı kimi qiymətləndirilmişdir.

Milli Fəaliyyət Proqramının "BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş "İnsan hüquqları sahəsində maarifləndirmə" və "İnsan hüquqları sahəsində təhsil", UNESCO-nun "Davamlı İnkişaf naminə təhsil" onilliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması" adlı 32-ci,  "İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin və ədəbiyyatların hazırlanması və nəşri" adlı 35-ci, "İnsan hüquqları tədrisinin və interaktiv üsullarla həyata keçirilməsi, bu prosesdə xüsusi metodikanın hazırlanması" adlı  36-cı, "Ali təhsil və elm ocaqlarında insan hüquqları və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması" adlı 37-ci və "Hüquqi maarifləndirmə məqsədilə müxtəlif çap məhsullarının - kitabların, bukletlərin, bülletenlərin hazırlanması, plakatların nəşr edilməsi və əhali arasında yayılması işinin təşkili" adlı 40-cı bəndlərinə  uyğun  olaraq institut rəhbərliyi Heydər Əliyev Fondu, UNESCO-nun Baş ofisi, UNESCO-nun Bioetika kafedrası, Azərbaycanın UNESCO-da daimi nümayəndəliyi, UNESCO-nun Azərbaycanda Milli Komissiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Televiziyası, Moskva Dövlət Universitetinin Bakı filialının rəhbərləri ilə dəfələrlə görüşlər keçirmişdir.

Azərbaycanda ilk dəfə UNESCO-nun "Bioetikaİnsan Hüquqları Bəyannaməsi"nə uyğun olaraq, institut məhz insan hüquqlarının bir istiqamət kimi inkişaf və təbliği üzərində işi təşkil etdi. Bunların nəticəsi olaraq institutda 2011-ci ildə aşağıdakı mühüm işlər işıq üzü görmüşdür:

- UNESCO-nun Baş ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə, UNESCO-nun Azərbaycanda Milli Komissiyası və Bioetika kafedrası ilə birgə Şərqi Avropada ilk dəfə olaraq UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası Bakıda keçirilmişdir.

- UNESCO-nun Bioetika Baza Tədris Proqramının Azərbaycan dilində tədrisi üçün danışıqlar nəticəsində UNESCO-nun razılığı ilə yeni nəşr tərcümə edilərək çap olunmuşdur.

- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın" bəndlərinə uyğun olaraq AMEA-nın İnsan Hüquqları İnstitutu Azərbaycan hüquq elmi üçün yeni olan "İnsan Hüquqları", "BioetikaTibbi Hüquq" elm sahələrinin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görmüşdür. İnstitut Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında bu yeni elmi ixtisasların Azərbaycanda Elmi İxtisaslar Nomenklaturasına salınması haqqında təşəbbüslə çıxış edərək bu elm sahələrinin vacibliyi ilə bağlı Bakıda bir sıra beynəlxalq tədbirlər keçirmiş, tanınmış ekspertləri Azərbaycana dəvət edərək onların nomenklaturaya salınmasına nail olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2011-ci il tarixli qərarı ilə instituta ilk dəfə olaraq "BioetikaTibbi Hüquq" ixtisası üzrə (şifr 5616) doktoranturadissertantura yerləri ayrılmışdır.

 "İnsan Hüquqları" və insan hüquqlarının mühüm bir sahəsi kimi sosial hüquqlara aid olan "BioetikaTibbi Hüquq" istiqamətində MFP-nin göstərilən bəndlərinin icrası üçün əlavə daha 5 dərs vəsaitinin hazırlanması üzrə müvafiq işlər aparılmışdır.

Bir vacib məqamı da vurğulamaq istərdik ki, qeyd olunanların reallaşması üçün, yəni tədrisdə beynəlxalq təcrübənin öyrənilməsi, hüquqi normaların milli qanunvericilikdə əks olunmasının monitorinqinin keçirilməsi, Azərbaycanda bioetikanın həm elmdə, həm təhsildə inkişafı, UNESCO-nun tədris materiallarının Azərbaycan dilinə tərcüməsi üçün bu təşkilatın Baş Ofisindən icazənin alınması, Azərbaycanda bioetikatibbi hüququn tədrisi üçün istəyin və şəraitin olması və yaradılması, UNESCO-nun 2005-ci ildən prioritet istiqamət elan etdiyi bioetikanın Azərbaycanda inkişafı - Heydər Əliyev Fondunun göstərdiyi böyük maraq və dəstək zəminində həyata keçirilmişdir.

Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində ixtisaslaşmış milli və beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi" adlı 45-ci bəndinə uyğun olaraq institut Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası, UNESCO qurumları, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Çin Xalq Respublikasının Sosial Elmlər və Müasir Beynəlxalq Münasibətlər Akademiyası, Moskva Dövlət Universitetinin Bakı filialı, Moldova Respublikasının Elmlər Akademiyası, Türkiyənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq qurmuşdur.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli sərəncamında MFP-nın icra orqanlarına verilən tövsiyələrə uyğun olaraq institut MFP-nın icrası üzrə bir sıra tədbirlərdə beynəlxalq və milli qeyri-hökümət təşkilatlarını da əməkdaşlığa cəlb edərək onlarla birgə bir sıra konfrans və tədbirlər keçirmişdir.

Dövlət başçısının "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamı və AMEA Rəyasət Heyətinin 1 fevral 2011-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə ötən iki onillik ərzində ölkədə insan hüquqlarının qorunması sahəsində əldə edilmiş təcrübə və inkişaf barədə geniş hesabat hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilmişdir.

AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutunun 2011-ci ilin fəaliyyət planından, 2011-2016-cı illər üçün təsdiqlənmiş mövzu planından, 2009-2015-ci illər ərzində Azərbaycan Respublikasında Elmin İnkişafına dair Dövlət Strategiyasından və Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə Azərbaycan elminin problemlərinə həsr olunmuş müşavirələrindən irəli gələn vəzifələrə uyğun olaraq AMEA İnsan Hüquqları İnstitutunda elmi-tədqiqat işlərini müasir tələblər səviyyəsində qurmaq, insan hüquqları və əsas azadlıqlarının təminatı ilə bağlı məsələləri daha geniş diapazonda araşdırmaq, Azərbaycan Respublikasının bu sahədə Avropaya inteqrasiyasının perspektivlərini müəyyənləşdirmək, müvafiq milli qanunvericilik aktlarının beynəlxalq hüquq normalarına unifikasiyası prosesini sürətləndirmək, ölkə vətəndaşları arasında Azərbaycan elminin təbliği, hüquqi maarifçilik işini gücləndirmək məqsədilə fəaliyyət istiqamətlərinə yenidən baxılmışdır.

İnsan Hüquqları İnstitutunda hazırda beş istiqamət üzrə elmi işlər aparılır: "Milli təhlükəsizlik və erməni araşdırmaları"; "BioetikaTibbi hüquq"; "Sosialiqtisadi hüquqlar"; "Vətəndaş və siyasi hüquqlar"; "Dinictimai təhlükəsizlik".

Bu gün terrorçuluq bəşəriyyətin dinc şəraitdə yaşamasını təhlükəyə məruz qoymaqla yanaşı, insan azadlıqları və hüquqları sisteminə, bütövlükdə sivilizasiyaya qarşı ən ciddiqlobal təhdiddir və dünyanın bütün dövlətlərini, hökumətlərini və xalqlarını hədəfə alır. Məhz buna görə də regional və beynəlxalq əməkdaşlıq son dərəcədə önəmlidir. Azərbaycan beynəlxalq və Avropa konvensiyalarına qoşulub, öz ərazisində önəmli tədbirlər həyata keçirsə də, hələ də terrorizmin qarşısının alınmasında mühüm problemlər və çətinliklərlə üzləşməkdədir. Dövlətin terrorizmlə mübarizə aparmaq siyasətində ən aktualreal problemlərdən biri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyətidir. Belə fəaliyyət, xüsusilə Ermənistan tərəfindən alovlandırılmış separatçılıq, narkotik maddələrin dövriyyəsindən əldə edilmiş gəlirlər və insan alveri nəinki ölkəmiz üçün ciddi təhlükə yaradır, həmçinin beynəlxalq terrorizmlə ümumi mübarizəni də çətinləşdirir. İnstitutda "Terrorizm insan hüquqları məkanına, o cümlədən beynəlxalq və regional təhlükəsizliyə təhdid kimi" mövzusu da xüsusi araşdırılır.

Tədqiqatlarda erməniliyin milli mənsubiyyətdən kənar mahiyyəti bir daha müəyyənləşdirilmiş, XVIII əsrdən etibarən din pərdəsi altında təmərküzləşən etnokorporasiya şəklində formalaşan ideologiyanın əsaslarını mifologemlər - sonradan məqsədli şəkildə hazırlanmış saxta mif və rəvayətlərin təşkil etdiyi göstərilmişdir. Həmçinin araşdırmalar nəticəsində yəhudi millətinə qarşı törədilən vəhşilikləri əks etdirən materiallar və sənədlər də əldə edilmişdir.

Tədqiqatlarımızın nəticəsi kimi qeyd olunmuşdur ki, mədəni irsimizə, ekologiyaya vurulan ziyanlar, əsirlərlə bağlı sənədlər toplusu hazırlanmalı və yayılmalı, erməni vəhşiliklərini əks etdirən kitabjurnallar xarici dillərə tərcümə edilərək beynəlxalq təşkilatlara çatdırılmalıdır.

Ötən il "Beynəlxalq erməni terror şəbəkəsinin formalaşmasında ideoloji mənbələr" mövzusuna dair elmi tədqiqatlar, o cümlədən "Erməni terrorizmionun əsas mərhələləri" adlı üzrə araşdırmalar aparılmış, həmin araşdırmalar "Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində erməni terroru və azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları" və "Azərbaycan Respublikasına qarşı erməni terrorları" mərhələlərinə daxil edilmişdir. Hazırda bu mərhələlər üzrə planlaşdırılmış tədqiqatlar başa çatdırılmışdır. Problemlə bağlı aparılmış tədqiqat işləri ilə bağlı institutun Milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin baş elmi işçisi, professor A.İsgəndərlinin ABŞ-da nəşr olunmuş "Realities of Azerbaijan: 1917-1920" adlı monoqrafiyası, "Azərbaycan ərazisində erməni quldurterror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar" yaddaş kitabçası, şöbənin əməkdaşları və dissertantları tərəfindən hazırlanmış məqalələr işıq üzü görmüşdür.

İnstitutda həmçinin "Beynəlxalq informasiya təhlükəsizliyinin təmin olunmasında KİV-in yerirolu" problemi tədqiq edilmişdir. "Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinin siyasi aspektləri" mövzusuna dair elmi tədqiqatlar, o cümlədən "Müasir şəraitdə Azərbaycan Respublikası  informasiya təhlükəsizliyinin təmin olunmasının yolları" ilə bağlı üzrə araşdırmalar aparılmaqdadır. Problemlə əlaqədar aparılmış tədqiqat işləri ilə bağlı "İnformasiya müharibələri və kompyuter cinayətkarlığı" adlı bir kitab və məqalələr çap edilmişdir.

"Milli təhlükəsizlik problemlərinin tədqiqi" ilə əlaqədar 2011-ci ildə "Korrupsiya vətəndaş cəmiyyətinin qurulmasına təhlükə kimi" mövzusuna dair təşkilati işlər, o cümlədən "Beynəlxalq aləmdə korrupsiya ilə mübarizə metodlarının tədqiqi" mərhələsinə daxil olan "Korrupsiya anlayışı və onun ortadan qaldırılma yolları" adlı üzrə araşdırmalara başlanmışdır.

Aktuallığı nəzərə alaraq dinictimai təhlükəsizlik sahəsində də elmi-tədqiqat işləri aparılmaqdadır. Bu məqsədlə institutumuzda "Dinictimai təhlükəsizlik" şöbəsi yaradılmışdır. Şöbə işini aşağıdakı istiqamətlərdə qurur: UNESCO, İSESCO, ATƏT, Heydər Əliyev Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, habelə digər əlaqədar dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq; Azərbaycan Respublikası Prezidenti yanında Elmə Dəstək Fondunun və beynəlxalq təşkilatların qrant müsabiqələrinə layihələrin hazırlanması; ATƏT-in din azadlığı sahəsində tövsiyə və sənədlərinin öyrənilərək dinictimai  təhlükəsizlik sahəsində milli strategiya və taktikanın təklif olunması, habelə dini destruktiv təriqətlərin fəaliyyətinin Azərbaycanda ictimai təhlükəsizliyə, gənclərin mənəvi-ideoloji sağlamlığına ciddi təhlükə kimi öyrənilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılmasınin zəruriliyi ilə bağlı təkliflərin irəli sürülməsi.         

"Dinictimai təhlükəsizliyin aktual problemləri" mövzusunda elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən konfrans keçirmiş, eyniadlı kitab nəşr etdirmişik.

Mövcud qanunların redaktəsi ilə bağlı "Pasiyent hüquqları haqqında", "Sosial xidmət haqqında", "Qida məhsulları haqqında"  və "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihələrinə, "Əhalinin sağlamlıgının qorunması haqqında" Azərbaycan Respublikası Qanununa bir sıra təkliflər hazırlanaraq Milli Məclisə göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 27 dekabr 2011-ci il tarixli sərəncamında AMEA-nın İnsan Hüquqları İnstitutu icraçı orqanlardan biri kimi seçilmişdir.

Belə ki, "Normativ hüquqi bazanın təkmilləşdirilməsi"nə müvafiq 1.2 (Azərbaycan Respublikasının tərəfdar çıxdıgı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktların beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi), 1.3 (Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilələrə qoşulması ilə bağlı tədbirlərin davam etdirilməsi); "Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi"nə uyğun olaraq 2.1 (Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş ziyanın Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi), 3.7 (İnsan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırmalar və tədqiqatların aparılması); "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"nə müvafiq 4.3 (BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş "İnsan hüquqları sahəsində maarifləndirmə" və "İnsan hüquqları sahəsində təhsil", BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarının tədrisi üzrə Dünya Proqramına, UNESCO-nun "Davamlı İnkişaf naminə təhsil" onilliliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması), 4.6 (İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi), 4.7 (Ali təhsil və elm ocaqlarında insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi), 4.9 (İnsan hüquqları sahəsində təhsilin səmərəliliyinin artırılması və bu sahədə işin əlaqələndirilməsi məqsədilə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin (insan hüquqları məktəbi, insan hüquqları evis.) və ya şəbəkələrinin yaradılması) və 4.15 (kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi) bəndlərinin yerinə yetirilməsi AMEA-nın İnsan Hüquqları İnstitutuna tapşırılmışdır.

Şübhəsiz, ölkə rəhbərliyi səviyyəsində instituta göstərilən bu yüksək etimad bizim üçün şərəf olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Məqsədimiz dövlətciliyə əsaslanan fəaliyyəti 2012-ci ildə də uğurla inkişaf etdirmək, bizə göstərilən etimadı doğruldaraq insan hüquq və azadlıqları sahəsində mütərəqqi islahatların uğurla gerçəkləşdirilməsi prosesinə sanballı töhfələr verməkdir.

Bütövlükdə, insan hüquqları elə bir həssas sahədir ki, burada islahatların sonuson imkanları görünmür. Cəmiyyət həyatında müşahidə olunan fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş qabaqcıl Avropa dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısı İlham Əliyev bunu nəzərə alaraq xüsusi qeyd edir ki, respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbuluna daha yaxşı imkanlar yaranmışdır. İnanırıq ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, insan hüquqları sahəsində mövcud olan bütün problemlər də uğurlu həllini tapacaqdır. 

 

 

Aytən MUSTAFAYEVA,

Milli Məclisin deputatı,

AMEA İnsan Hüquqları

Elmi-Tədqiqat İnstitutunun

direktoru, hüquq elmləri

üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 5.