Azərbaycan-Yunanıstan iqtisadi əməkdaşlığının perspektivləri müzakirə edilmişdir

 

Aprelin 26-da Yunanıstanın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə yeni müşaviri xanım Aliya Papanastasui Azərbaycan Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və vitse-prezidenti Mehman Əhmədov ilə görüşmüşdür.

Palatadan bildirmişlər ki, görüşdə Azərbaycan-Yunanıstan iqtisadi əlaqələrinin daha da genişləndirilməsi, ikitərəfli iqtisadi tədbirlərin keçirilməsi, o cümlədən müəyyən layihələr çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 6.